CƏMİYYƏT


“Sağlam Azərbaycan Festivalı”na pulsuz qeydiyyat başlanılıb

Bakı, 16 avqust, AZƏRTAC

Xəbər verildiyi kimi, Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə avqustun 25-27-də ölkəmizdə ilk dəfə “Sağlam Azərbaycan Festivalı” keçiriləcək.

Festivalın təşkilat komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirin http://saglamazerbaycan.az/ saytı istifadəyə verilib. Saytda yaradılan “Ümumi Təsvir”, “Line Up”, “Təşkilatçılar” “Tərəfdaşlar”, “Xəritə”, “Əlaqə” və “Qeydiyyat” bölmələrində festival iştirakçıları üçün mütəmadi şəkildə yenilənən ətraflı məlumatlar əks olunur.

Ölkə gənclərini birliyə səsləyən “Sağlam Azərbaycan Festivalı” iştirakçılar üçün pulsuz olaraq həyata keçirilir. Festivala giriş bütün yaş qrupları üçün sərbəstdir. İştirakçılar təqdim olunan xidmət və əyləncələrdən ödənişsiz istifadə edə biləcəklər. Festivalda təqdim olunacaq maraqlı proqramlarda yalnız müşahidəçi yox, həm də iştirakçı olmaq istəyənlər http://saglamazerbaycan.az/ saytının “Qeydiyyat” bölməsinə daxil olub qeydiyyatdan keçməklə iştirak edəcəkləri bir və ya bir neçə proqramı seçə bilərlər . Qeydiyyatdan keçənlər seçdikləri master klass, şou proqram, yarış və digər maraqlı tədbirlərdə birbaşa iştirak etmək hüququ qazanacaqlar.

“Sağlam Azərbaycan Festivalı”nda təqdim olunacaq proqramlar haqqında http://saglamazerbaycan.az/ saytı və https://www.facebook.com/saglamazerbaijan/?fref=ts Facebook səhifəsindən gündəlik olaraq ətraflı məlumat almaq mümkündür. Festivalın rəsmi saytı və Facebook səhifəsində açılış gününə qədər və festivalın keçirildiyi günlərdə operativ məlumatlar yayımlanacaq.

Artıq “Sağlam Azərbaycan Festivalı”nın instaqram səhifəsi fəaliyyətdədir. İnstaqram üzərindən saglam_azerbaycan_festivali səhifəsi vasitəsilə də dolğun məlumatlar əldə etmək imkanı yaradılıb. Bütün bunlarla yanaşı “Sağlam Azərbaycan Festivalı”nın iştirakçıları onları maraqlandıran sualları [email protected] e-mail ünvaınına göndərə və məlumat əldə edə bilərlər.

Sağlam həyat tərzi aşılamaq məqsədilə üç gün davam edəcək “Sağlam Azərbaycan Festivalı”nın açılış mərasimi avqustun 25-i saat 11-də Ağ Şəhər Bulvarında keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.