MƏDƏNİYYƏT


AZƏRTAC-ın fotojurnalisti beynəlxalq müsabiqədə növbəti mükafatı qazanıb

Bakı, 17 avqust, AZƏRTAC

AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Serbiyada və Bosniya-Herseqovinada keçirilmiş “SHADOW HUNTER CIRCUIT 2017” dairəvi beynəlxalq fotomüsabiqədə “Fotojurnalistika” nominasiyasında iki mükafata layiq görülüb.

AZƏRTAC xəbər verir ki, bu müəllifin “Paralimpiya basketbolunda məşqçi” adlı fotoşəklinə görə Serbiyada ona Amerika Fotoqraflar Cəmiyyətinin (PSA Honorable Mention) fəxri lenti, Bosniya-Herseqovinada isə həmin fotoşəklə görə Beynəlxalq Fotoqraflar Assosiasiyasının Master of Light diplomu (MOL PA Diploma) verilib.

Müsabiqədə dünyanın 50 ölkəsindən 285 fotoqraf iştirak edib. Bu fotoşəkil 2016-cı ilin sentyabr ayında Rio-de-Janeyroda (Braziliya) keçirilmiş Paralimpiya Oyunlarında çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.