REGİONLAR


108 yaşlı Növrəstə nənə COVID-19 əleyhinə peyvənd olunub VİDEO

Yevlax, 19 fevral, AZƏRTAC

Yevlax rayonunun 108 yaşlı sakini COVID-19 əleyhinə peyvənd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qoyunbinəsi kənd sakini, 1913-cü il təvəllüdlü Növrəstə Məmişova Yevlax Şəhər Ailə Sağlamlıq Mərkəzində peyvənd edilib. N.Məmişova peyvənd olunduqdan sonra özünü yaxşı hiss etdiyini bildirib.

Qeyd edək ki, koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Yevlax rayonunda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi Yevlax Şəhər Ailə Sağlamlıq Mərkəzinin binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiyanın birinci mərhələsində tibb işçiləri və 65 yaşdan yuxarı vətəndaşlar peyvənd olunurlar. Artıq yaşı 50-dən yuxarı olan vətəndaşların da peyvəndlənməsinə başlanılıb.

Fevralın 5-dən növbəliliyin təmin edilməsi məqsədilə elektron müraciətlər üçün xidmət növü fəaliyyətə başlayıb. Bu istiqamətdə əhalinin maarifləndirilməsi məqsədilə şəhər icra hakimiyyətinin internet səhifəsində məlumat yerləşdirilib, idarə, müəssisə və təşkilatlara əhalinin vaksinasiya tədbirlərində fəal iştirak etməsilə əlaqədar metodiki xarakterli təlimatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.