ELM VƏ TƏHSİL


Strasburq Universitetinin rektoru: Azərbaycanla təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıyıq

Strasburq, 6 sentyabr, AZƏRTAC

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Alzas regionuna işgüzar səfəri çərçivəsində Strasburq Universitetində olub. Diplomat Strasburq Universitetinin rektoru Mişel Deneken ilə görüşüb. Görüşdə Strasburq və Azərbaycan universitetləri arasındakı münasibətlərdən danışılıb.

M.Deneken Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsünün məhsulu olan və 2016-cı ilin sentyabrından fəaliyyət göstərən Fransa-Azərbaycan Universiteti (UFAZ) haqqında danışıb. O, bu layihənin əhəmiyyətinə toxunaraq onun ilk belə təhsil layihəsi olduğunu vurğulayıb. UFAZ-ın məzunlarının iki diplom (Strasburq Universiteti və ADNSU) alacaqlarını bildirib.

Strasburq Universitetinin rektoru ölkəmizlə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. M.Deneken ölkəmizə səfəri ilə bağlı təəssüratlarını bölüşüb. O, müsəlman Şərqində ilk demokratik və dünyəvi dövlət olan Azərbaycanda dini tolerantlığı yüksək qiymətləndirib.

Səfəri çərçivəsində səfir Rəhman Mustafayev Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Rişar ilə də görüşüb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.