İDMAN


U-19 UEFA Gənclər Liqası: “Çelsi”-“Qarabağ” matçı başa çatıb YENİLƏNİB

Bakı, 12 sentyabr, AZƏRTAC

“Qarabağ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununu “Çelsi” ilə keçirib.

AZƏRTAC xəbər verir ki, görüş ev sahiblərinin qələbəsi ilə başa çatıb.

Matçın ilk hissəsində hesab açılmayıb. Görüşün 49-cu dəqiqəsində “Qarabağ”ın futbolçusu İbrahim Qədirzadənin qırmızı vərəqə alaraq komandasını sayca azlıqda qoyması oyunun taleyini həll edib. Belə ki, bundan cəmi beş dəqiqə sonra “Çelsi”nin oyunçusu Hudson-Odoi hesabı açıb. Qarşılaşmanın 63-cü, 71-ci və 74-cü dəqiqələrində Makkormik het-trik edərək hesab arasındakı fərqi daha da artırıb. Görüşün 80-ci dəqiqəsində isə Braun oyunda son nöqtəni qoyub – 5:0. Beləliklə, matç “Çelsi”nin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.