SİYASƏT


Dünya mətbuatı Aleksandr Lapşinin əfv edilməsinə geniş diqqət ayırıb

Bakı, 12 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrailin vətəndaşı Aleksandr Lapşini əfv etməsi ilə bağlı imzaladığı Sərəncam dünya mətbuatının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, BBC, Associated Press, EFE, TASS, Ria Novosti, Ukrinform agentlikləri, Euronews telekanalı, Vaşinqton Post qəzeti, EurasiaNet, Historyoftruth portalları, İsrailin 9-cu televiziya kanalı, Times of Israel, Haaretz, Asbarez qəzetləri, Britaniyada dərc olunan Jewish News qəzeti, İspaniyanın “La Vanguardia” nəşri, Türkiyə mətbuatı və digər kütləvi informasiya vasitələr Azərbaycan Prezidentinin Sərəncamı haqqında informasiyalarla yanaşı, ekspert rəyləri də təqdim ediblər.

İnformasiyalarda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dövlət başçısı İlham Əliyevin Sərəncamını AZƏRTAC-a şərh etdiyi bildirilir, onun fikirlərinə yer ayrılır.

İsrailin 9-cu televiziya kanalının “Den” proqramında çıxış edən beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut Prezident Ilham Əliyevin yaranmış vəziyyəti tamamilə düzgün qiymətləndirərək, İsrail vətəndaşının əfv edilməsi barədə Sərəncam imzaladığını bildirib. O deyib ki, Azərbaycan Prezidenti böyük humanistlik göstərərək Lapşini əfv edib. Belə bir humanist qərar üçün əsas verən İsrail və Azərbaycan dövlətlərinin həyat fəaliyyətinin demək olar ki, bütün sahələrini əhatə edən ən yüksək səviyyəli strateji və dostcasına qarşılıqlı münasibətlərdir.

Xarici KİV-lər Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş, Belarusda saxlanılmış A.Lapşinin 2016-cı ilin dekabr ayında Bakıya ekstradisiya edildiyini də xatırladır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.