REGİONLAR


Lənkəranda “İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirilib

Lənkəran, 13 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Sentyabrın 13-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tədbirdə çıxış edərək Prezident İlham Əliyevin təşəbbüsü ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasını, Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsini Azərbaycanın təkcə yerləşdiyi coğrafi məkanda deyil, eyni zamanda, dünyada nüfuzlu, siyasi sabitliyin hökm sürdüyü, iqtisadi cəhətdən güclü dövlət imicinə malik olmasının göstəricisi kimi qiymətləndirib.

İcra hakimiyyətinin başçısı qeyd edib ki, bu qabaqcıl mövqeyi qorumaq, daha da inkişaf etdirmək dini inancından, ictimai mövqeyindən asılı olmayaraq hər bir sağlam düşüncəli vətəndaşın şərəf borcudur. O, ölkədə tolerantlığın və multikultural dəyərlərin ictimai-siyasi həyatda qanunun aliliyinin təmin olunmasında, dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsində əvəzsiz rolunu vurğulayaraq, hər bir vətəndaşı mili-mənəvi dəyərlərin saflığını qorumağa, onların yad təsirlərə məruz qalmaması üçün siyasi sayıqlıq və iradə nümayiş etdirməyə çağırıb.

T.Qaraşov Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Lənkəranın artıq Avropa səviyyəli bir şəhərə çevrildiyini, burada ictimai-siyasi və mədəni həyatda baş verən hadisələrə ən yüksək səviyyədə qiymət verildiyini vurğulayıb.

Sonra Qafqaz Müsəlmanlar İdarəsinin cənub bölgəsi üzrə qazisi Qəni Axundzadə, Lənkəran şəhər-rayon polis şöbəsinin rəisi İslam Hümbətov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cənub bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov və şəhər icra hakimiyyəti başçısı aparatının dini məsələlər üzrə şöbəsinin müdiri Asif İmanov çıxış edərək, İslam dininə aid əxlaqi dəyərlərin təbliği və dini mərasimlərin keçirilməsi sahəsində qanunvericiliyin tələblərinin qorunması ilə bağlı fikirlərini bildiriblər.

Tədbirdə, həmçinin Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər işçiləri, şəhər ictimaiyyətinin, din xadimlərinin, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.