SİYASƏT


Bakıda Çex Respublikasının Dövlətçilik Günü qeyd edilib

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Bakıda Çex Respublikasının Dövlətçilik Günü münasibətilə rəsmi qəbul təşkil olunub. Əvvəlcə Azərbaycanın və Çexiyanın dövlət himnləri səsləndirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Çexiyanın Azərbaycandakı səfiri Vitzeslav Pivonka ölkəsinin Dövlətçilik Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Səfir çıxışında iki ölkə arasındakı münasibətlərə toxunub və bu əlaqələrin sürətlə inkişaf etdiyini qeyd edib. Dövlətçilik Gününün tarixindən danışan diplomat ölkəsinin əldə etdiyi nailiyyətlər barədə də ətraflı məlumat verib.

Səfir qeyd edib ki, Çex Respublikası digər ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır. “Belə bir əlamətdar gündə xalqlarımıza xoşbəxtlik və firavanlıq diləyir, dövlətçiliyimizin əbədi olmasını arzu edirəm”, - deyə səfir əlavə edib.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex xalqına təbriklərini çatdırıb, sülh və əmin-amanlıq arzu edib.

Azərbaycan ilə Çexiyanın çox yaxşı tərəfdaşlar olduğunu bildirən Ziyafət Əsgərov müxtəlif sahələrdə əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər əlaqələrimizin genişlənməsində xüsusi rol oynayıb.

Milli Məclis sədrinin birinci müavini iki ölkə arasında parlamentlərarası əlaqələrində inkişaf etdiyini vurğulayaraq deyib ki, 2013-cü ilin fevralında Çexiya parlamentinin Deputatlar Palatasının xarici əlaqələr komitəsi Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar qətnamə qəbul edib.

Qəbulda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olmuş diplomatik korpusun və ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.