İDMAN


Rusiyanın qadın voleybolçuları Avropa çempionatına qələbə ilə başlayıblar YENİLƏNİB

Bakı, 22 sentyabr, AZƏRTAC

Oyunun beşinci seti də gərgin idman mübarizəsi şəraitində keçib. Tay-brekdə daha inamlı təsir bağışlayan Rusiya voleybolçuları 15:13 hesabı ilə qalib gələrək ümumi hesabda qalibiyyəti təmin ediblər – 3:2. Beləliklə, Rusiya millisi qitə birinciliyinə qələbə ilə başlayıb.

17:36

Oyunun dördüncü seti Ukrayna voleybolçularının qələbəsi ilə başa çatıb - 25:23. Beləliklə, bu qarşılaşmanın qalibi tay-brekdə müəyyənləşəcək.

17:06

Gərgin idman mübarizəsi şəraitində keçən üçüncü setdə Rusiya voleybolçuları çətin qələbə qazanıblar - 25:23.

16:38

Qarşılaşmanın ikinci setində daha əzmkar oyun nümayiş etdirən Ukrayna voleybolçuları seti 25:20 hesabı ilə üstün başa vurublar.

16:01

Maraqlı idman mübarizəsi şəraitində keçən görüşün ilk seti Rusiya yığma komandasının 25:18 hesablı üstünlüyü ilə başa çatıb.

15:39

Sentyabrın 22-də Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi ilə qadınlar arasında voleybol üzrə Avropa çempionatının final mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, Bakıda Milli Gimnastika Arenasında keçirilən ilk oyunda “C” qrupunda yer alan hazırkı çempion Rusiya millisi ilə Ukrayna yığması qarşılaşır.

Günün digər oyunlarında isə “A” qrupunda Polşa-Almaniya, Macarıstan-Azərbaycan, “B” qrupunda İtaliya-Gürcüstan, Belarus-Xorvatiya, “D” qrupunda Serbiya-Çexiya, Hollandiya-Belçika qarşılaşmaları keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.