SİYASƏT


Almaniyanın Azərbaycandakı səfirliyində Bundestaqa seçkilərlə bağlı qəbul keçirilib

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də Almaniyada 19-cu çağırış Bundestaqa parlament seçkiləri keçirilib.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Almaniyanın Azərbaycandakı səfirliyində qəbul təşkil edilib.

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab deyib ki, son məlumata görə, Bundestaqda 6 partiya təmsil olunacaq. Son proqnozlara görə isə hakim partiya hakimiyyətdə qalır və yaxın günlərdə Kansleri seçəcək. Yeni seçilmiş bundestaq üzvləri bir ay sonra sessiya keçirəcəklər. Sonra koalisiya yaradılması üzrə danışıqlar başlayacaq. Səfir əlavə edib ki, kanslerin kim olacağı parlament danışıqları başa çatandan sonra məlum olacaq. Ancaq o vaxta qədər hakim partiya hakimiyyətdə qalacaq və indiki kansler işini davam etdirəcək.

Qəbulda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunan diplomatik korpusun, alman icmasının təmsilçiləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.