CƏMİYYƏT
10 saylı Binəqədi üçüncü seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşdırılmış kurslar başlayıb
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 19-da 10 saylı Binəqədi üçüncü seçki dairəsi dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə üçgünlük ixtisaslaşdırılmış kurslara start verilib.
AZƏRTAC xəbər verir ki, kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən keçirilir.
Dairə seçki komissiyasının sədri İsgəndər Əliyev bildirib ki, 10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə 35 seçki məntəqəsi var. Bu məntəqələrdə 48956 seçici qeydə alınıb. Hazırda məntəqələrdə hazırlıq işləri görülür və bütün lazımi texniki şərait yaradılıb. Dairə üzrə 10 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
İ.Əliyev bildirib ki, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçkilərin keçirilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq məntəqələrdə genişmiqyaslı işlər aparılır. Hazırlıq tədbirləri MSK-nın müvafiq təlimatlarına uyğun olaraq həyata keçirilir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov bildirib ki, aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ölkəmizdə çox əlamətdar ictimai-siyasi hadisədir. Seçkilərin tam demokratik şəraitdə və şəffaf keçirilməsi üçün bütün lazımi tədbirlər görülür. İcra hakimiyyəti başçısının müavini seçici siyahısının dəqiq tərtib olunmasının, bildirişlərin hər bir seçiciyə çatdırılmasının, bu proseslərdə mənzil istismar sahələri, yerli icra nümayəndəlikləri və digər aidiyyəti orqanlarla əməkdaşlıq etməyin vacibliyini vurğulayıb.
Kurslarda seçkilərə hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən vəzifələr barədə ətraflı məlumatlar verilir, iştirakçıların sualları cavablandırılır.