CƏMİYYƏT


10 sentyabr - İntiharla Beynəlxalq Mübarizə Günüdür

Bakı, 10 sentyabr, AZƏRTAC

10 sentyabr - İntiharla Beynəlxalq Mübarizə Günüdür.

AZƏRTAC xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin bu günlə bağlı yaydığı açıqlamada intihar hallarının bütün dünyada erkən ölümlər arasında ilkin səbəblərdən biri olduğu vurğulanıb. Qeyd edilib ki, bu faciəvi qərara daha çox diskriminasiyaya məruz qalan, ümidsizliyə qapılan və ya psixi pozğunluqdan əziyyət çəkən şəxslər üz tuturlar.

İntihar hallarının qarşısının alınması sağlam cəmiyyət üçün vacibdir. Bunun üçün müxtəlif maarifləndirmə işlərindən əlavə, fərd olaraq hər birimiz insanlara qarşı daha həssas və diqqətli olmalıyıq. İnsanların empatiya və xeyirxahlığı, mühakimə etmədən dinləmək bacarığı bir şəxsin həyatını və gələcəyini xilas edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.