İQTİSADİYYAT
İkinci Bakı Şopinq Festivalı ilə əlaqədar "AtaBank" həftənin bütün günləri fəaliyyət göstərəcək
Bakı, 13 oktyabr, AZƏRTAC
İkinci Bakı Şopinq Festivalı ilə əlaqədar "AtaBank" həftənin bütün günləri fəaliyyət göstərəcək.
Bankdan AZƏRTAC-a bildiriblər ki, "AtaBank"ın 2 filial və 1 şöbəsi oktyabrın 15-dən noyabrın 15-dək şənbə-bazar günləri də daxil olmaqla, saat 09:00-dan – 18:00-dək gücləndirilmiş iş rejimində işləyəcək:
"Mərkəz" filialı - Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi, 102; 09:00 – 18:00-dək (fasiləsiz)
"Bakı" filialı - Bakı şəhəri, Neftçilər prospekti, 67; 09:00 – 18:00-dək (fasiləsiz)
"Sahil" şöbəsi - Bakı şəhəri, Puşkin küçəsi, 9; 09:00 – 18:00-dək (fasiləsiz)
Filialların müvəqqəti iş rejiminə keçidi İkinci Bakı Şopinq Festivalı zamanı həm yerli müştərilərə, həm də şəhərin qonaqlarına keyfiyyətli və fasiləsiz xidmət göstərmək məqsədilə həyata keçirilir.