SİYASƏT


Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri səfirin geniş tərkibdə muxtar respublikaya səfərinin Fransa dövlətinin Naxçıvana marağı və diqqəti kimi dəyərləndirib, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Fransa Respublikası arasında elm, təhsil və iqtisadi-ticarət sahəsindəki əlaqələrdən danışıb. Muxtar respublikanın 38 təhsil müəssisəsində Fransız dilinin tədris olunduğunu və Naxçıvan Dövlət Universitetində Fransız dili ixtisasının fəaliyyət göstərdiyini diqqətə çatdıran Ali Məclisin Sədri Azərbaycan-Fransa beynəlxalq ekspedisiyası tərəfindən muxtar respublikada aparılan tədqiqatların əhəmiyyətini vurğulayıb, qarşılıqlı əlaqələrin davam etdiriləcəyinə əminliyini ifadə edib.

Səmimi qəbula görə minnətdarlıq edən xanım Orelia Buşez Naxçıvanla tanışlığın onda dərin təəssürat yaratdığını diqqətə çatdırıb. Ölkələrimiz arasındakı dostluq münasibətlərinə toxunan səfir Fransa-Naxçıvan əlaqələrinin inkişafının və muxtar respublikada Fransız dilinin tədrisinin məmnunluq doğurduğunu bildirib, əməkdaşlığın daha da genişləndiriləcəyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.