MƏDƏNİYYƏT


Muğam Mərkəzində gənc ifaçılar vokal imkanlarını nümayiş etdiriblər

Bakı, 21 oktyabr, AZƏRTAC

Bu günlər ölkəmizdə daha bir beynəlxalq tədbir - 12-ci Bakı Beynəlxalq Caz Festivalı keçirilir. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, “Jazz dünyası” jurnalı, “A+A Events” şirkəti və “The Landmark Hotel Baku”nun təşkilatçılığı, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliklərin, habelə mədəniyyət mərkəzlərinin, şirkətlərin tərəfdaşlığı ilə reallaşıb. Festival çərçivəsində Azərbaycan cazı günü, uşaq caz konsertləri, kino-caz günləri, caz sənətindən ustad dərsləri və seminarların təşkili nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, festival çərçivəsində oktyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində gənc ifaçılar arasında “I am Jazzman” adlı müsabiqənin qala konserti və qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

Konsertdə gənc ifaçılar vokal imkanlarını nümayiş etdiriblər. Azərbaycan, Koreya Respublikası, Özbəkistan, İtaliya, Rusiya və Ukraynadan olan ifaçılar klassik və müasir caz musiqi nömrələrini təqdim ediblər. Onlar öz repertuarlarından sevilən musiqi nömrələri və milli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini də səsləndiriblər. Konsert proqramı maraqla qarşılanıb.

Sonda gənc caz ifaçıları diplom və hədiyyələr ilə təltif olunublar. Müsabiqədə caz nominasiyası üzrə I, II və III yerlərə müvafiq olaraq Le Seat Nair, Anastasiya Budakova, Cəmilə Nəsirzadə layiq görülüblər. İnstrumental nominasiyada Maksim Medvedev və Nurlan Abdullayev I yeri, Məhəmməd Məhəmmədli II yeri, Yulya Perminova isə III yeri tutub.

Oktyabrın 28-dək davam edəcək festivalda Almaniya, ABŞ, İsveçrə, İsveç, Niderland, İsrail, Türkiyə, Norveç, Kolumbiya, Qvineya, Meksika, Polşa, habelə Azərbaycanın caz kollektivləri iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.