REGİONLAR


Cari ilin doqquz ayında qazaxlı sahibkarlara 8 milyon manatdan artıq kredit verilib

Qazax, 23 oktyabr, Famil Quliyev, AZƏRTAC

Qazax rayonunda 7 özəl bank filialı, 1 özəl bank şöbəsi, 1 kredit ittifaqı və 4 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. Cari ilin doqquz ayında bu qurumlar tərəfindən sahibkarlara 8 milyon 9 min 70 manat kreditlər verilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən də 94 yeni iş yerinin açılması məqsədilə sahibkarlara 75 layihə üzrə 935 min manat kredit ayrılıb.

Əhalinin banklardakı əmanətləri isə 1603069 manat, 321378 ABŞ dolları və 15000 evro həcmində olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.