İDMAN


Londonda FİFA-nın ilin ən yaxşılarını mükafatlandırma mərasimi keçirilib

London, 23 oktyabr, AZƏRTAC

Londonda FİFA-nın ilin ən yaxşılarını mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, ən yaxşı azarkeş mükafatına “Seltik” futbol klubu, ən yaxşı baş məşqçi mükafatına kişilər üzrə Zinəddin Zidan, qadınlar üzrə Vieqman, ən yaxşı qapıçı mükafatına Canluici Buffon layiq görülüb. Ən yaxşı kişi oyunçu mükafatına Real Madrid futbol klubunun oyunçusu Kriştianu Ronaldu sahib olub. Bundan başqa, ən yaxşı qadın oyunçu mükafatına Lieke Martens, ədalətli oyun mükafatına Fransis Kone, ən yaxşı qol mükafatına isə Olivye Jiru layiq görülüb.

2017-ci ilin ən yaxşı onbirliyində (“Dream Team”) isə Buffon, Alves, Bonucci, Ramos, Marselo, Modriç, Kroos, İniesta, Neymar, Messi və Ronaldu yer alıblar.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.