İQTİSADİYYAT


Beynəlxalq və ölkədaxili müsabiqələrdən əldə olunan mükafatlara vergi güzəşti tətbiq edilir

Bakı, 14 noyabr, Ramiz Quliyev, AZƏRTAC 

Beynəlxalq və ölkədaxili müsabiqələrdə qalib gələn rezident şəxslərə təqdim olunan pul mükafatı vergiyə cəlb olunurmu?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, müsabiqələrdən əldə olunan mükafatlar Vergi Məcəlləsinin 96-cı maddəsinə uyğun olaraq müsabiqənin iştirakçısının gəliri kimi gəlir vergisinin vergitutma obyektini təşkil edir.

Bununla belə, Vergi Məcəlləsinin 102.1.15-ci maddəsi ilə belə gəlirləri əldə edən şəxslərə güzəşt verilir. Belə ki, rezident fiziki şəxsin Azərbaycan Respublikasında və ya onun hüdudlarında kənarda keçirilən yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatlarının tam dəyəri gəlir vergisindən azad edilir.

Qeyd olunub ki, beynəlxalq yarışlarda və müsabiqələrdə ödəniş formasından asılı olmayaraq pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, şəhər və rayon yarışlarında və müsabiqələrində isə 200 manatadək olan hissəsi vergiyə cəlb olunmur, qeyd olunan məbləğdən artıq məbləğlər isə Vergi Məcəlləsinin 101.1-ci maddəsində nəzərdə tutulan dərəcələrlə gəlir vergisinə cəlb olunurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.