DÜNYA
Bütün Avropa üzrə ən aşağı minimum əməkhaqqı İspaniyadadır
Madrid, 14 noyabr, AZƏRTAC
Milli Statistika İnstitutunun son araşdırmalarına əsasən, İspaniyanın 3 milyondan çox işçisi ayda min avrodan az qazanır. Minimum əməkhaqqının orta göstəricisi 707,6 avro təşkil edir ki, bu da digər Avropa ölkələrinə nisbətdə çox azdır. Bu rəqəm İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının müəyyən etdiyi rəqəmdən aşağıdır.
Əhalisi az əməkhaqqı alan ölkələr siyahısından çıxa bilmək üçün İspaniyada bu rəqəm 1146 avroya çatmalıdır.
Oxşar problem Belçika, Böyük Britaniya, Yunanıstan, Slovakiya, Almaniya, Hollandiya kimi ölkələrdə də müşahidə olunur, lakin onlarda bu çatışmazlığı aradan qaldırmaq üçün 22-28 faiz artıma ehtiyac var. İspaniyada isə bu faiz 62-dir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]