SİYASƏT


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Kubanın ölkəmizdəki səfiri ilə görüşüb

Naxçıvan, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kuba Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondo ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonağı salamlayaraq onu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətəni olan Naxçıvanda görməkdən məmnunluğunu ifadə edib. Ulu Öndərin Kuba inqilabının rəhbəri Fidel Kastro ilə yaxın əlaqələrini diqqətə çatdıran Ali Məclisin Sədri ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək verdiyini və ikitərəfli əlaqələrin müxtəlif sahələr üzrə inkişaf etdiyini bildirdi. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Kuba arasında ticarət əlaqələrinin olduğunu qeyd edən Ali Məclisin Sədri təhsil sahəsində əməkdaşlığın qurulmasının, xüsusilə tütünçülüyün inkişafı istiqamətində təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini vurğuladı.

Ulu Öndərin vətəni Naxçıvanda olmaqdan şərəf duyduğunu bildirən Alfredo Fidel Nieves Portuondo göstərilən xoş münasibətə görə minnətdarlıq etdi. Səfir Naxçıvanın tarixi, mədəniyyəti və müasir inkişafı haqqında məlumatlı olduğunu diqqətə çatdırdı, muxtar respublikanın bütün çətinliklərə baxmayaraq inkişaf etməsinin nümunə gücündə olduğunu və əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.