SİYASƏT


Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdə, xüsusilə təhsil sahəsində həyata keçirilən layihələrdə Naxçıvan Muxtar Respublikasının iştirakını diqqətə çatdırdı, Naxçıvan Dövlət Universitetinin tələbələrinin Avropanın müxtəlif universitetlərində təhsillərini davam etdirdiyini bildirdi. Avropa İttifaqı tərəfindən muxtar respublikada həyata keçirilən birgə tədbirlərin əhəmiyyətini qeyd edən Ali Məclisin Sədri bundan sonra da əlaqələrin inkişafında səylərin göstəriləcəyini vurğuladı, bu sahədəki fəaliyyətinə görə Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbərinə təşəkkür etdi.

Naxçıvana ilk dəfə səfər etdiyini və burada olmaqdan məmnunluğunu bildirən Kestutis Yankauskas Avropa İttifaqı ilə muxtar respublika arasında əlaqələrin inkişafında və ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlı olduqlarını vurğuladı.

Görüşdə əlaqələrin gələcək inkişafı barədə fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.