SİYASƏT


Prezident Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ məsələsi bizim də problemimizdir

İstanbul, 22 noyabr, АZƏRTAC

Prezident Rəcəb Tayyib Ərdoğan Suriya məsələsi ilə bağlı Soçi şəhərinə edəcəyi səfər zamanı Rusiya Prezidenti Vladimir Putinlə Dağlıq Qarabağ problemini də müzakirə edəcəyini bildirib.

AZƏRTAC xəbər verir ki, bu məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandıran Prezident Rəcəb Tayyib Ərdoğan bundan əvvəlki görüşdə də Putinlə Dağlıq Qarabağ məsələsi ətrafında müzakirələr apardığını deyib. Türkiyənin dövlət başçısı vurğulayıb ki, Putin bu məsələdə əlindən gələni əsirgəməyəcəyini bildirib. “Bu məsələ ilə bağlı qarşıdakı görüşə də müzakirələrimiz olacaq, çünki Dağlıq Qarabağ məsələsi bizim də problemimizdir”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.