Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Nazirlərin Moskva görüşü: Xəzərin statusu məsələsində dönüş nöqtəsi

Nazirlərin Moskva görüşü: Xəzərin statusu məsələsində dönüş nöqtəsi

Rusiyanın paytaxtı Moskva şəhərində Xəzəryanı ölkələrin xarici işlər nazirləri dekabrın 4-5-də bir araya gəliblər. Onlar Xəzərin bölünməsi, hüquqi statusunun müəyyənləşdirilməsi, onun ehtiyatlarından istifadə qaydalarını müzakirə ediblər. Bu məsələnin tarixçəsinin keçən əsrin 90-cı illərinə gedib çıxdığı məlumdur. 20 ildən çoxdur ki, region dövlətləri Xəzərin statusunu müəyyənləşdirməkdə çətinlik çəkirlər. Hətta bir zamanlar daha ciddi ziddiyyətlər meydana çıxmışdı. Onların həll edilməsi regionda müsbətə doğru ciddi dəyişikliklərə səbəb ola bilər. Bütün bunlara görə, ekspert dairələri Moskva görüşünə böyük maraq göstərirdi. Görüşdən sonra Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bəyanatla çıxış etdi. O, müzakirələrin səmərəli olduğunu, Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın demək olar ki, razılaşdırıldığını və prezidentlərə təqdim ediləcəyini bildirdi. Konvensiyanın gələn il Qazaxıstanda keçiriləcək növbəti sammitdə imzalanması proqnozlaşdırılır. Bu məsələ ilə əlaqəli bir sıra məqamların təhlili zəruridir.

Köhnə miras: Xəzərdə geosiyasi ziddiyyətlər və dənizin statusu

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskva görüşünün uğurlu olduğunu bəyan edib. Müzakirələr dekabrın 4-5-də Rusiyanın paytaxtında baş tutub. Ekspertlər tədbirdən öncə verdikləri proqnozlarda tərəflər arasında Xəzərin statusu ilə bağlı ciddi ziddiyyətlərin olduğunu əsas gətirərək, müəyyən fikir ayrılıqlarının qalacağından bəhs edirdilər. Bir çoxlarının təəccübünə rəğmən, S.Lavrov bu proqnozu alt-üst etdi. Görüşdən sonra keçirdiyi brifinqdə rusiyalı nazir Xəzərin statusu ilə bağlı 20 ildən çox aparılan müzakirələrin “demək olar ki, yekunlaşdığını” və bununla bağlı konvensiya üzərində işin başa çatmaqda olduğunu ifadə edib (bax: Выступление Министра иностранных дел Российской Федерации С.В.Лаврова в ходе пресс-конференции по итогам Совещания министров иностранных дел прикаспийских государств, Москва, 5 декабря 2017 года / www.mid.ru, 5 dekabr 2017).

S.Lavrov həmin məqamlarla bağlı jurnalistlərə deyib: “Biz Xəzərdə mövcud olan cari məsələləri müzakirə etdik. Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinə xüsusi diqqət yetirdik. Xüsusi məmnuniyyət hissi ilə vurğulayıram ki, bu sənədin hazırlanması ilə bağlı açıq qalan bütün əsas məsələlər üzrə razılıq əldə olundu. Faktiki olaraq Konvensiyanın mətni hazırdır” (bax: əvvəlki mənbəyə). Problemin tarixinə qısa nəzər saldıqda, nazirlərin ciddi irəliləyiş əldə etdiyini görmək olur.

Xəzər dəniz-göldür. O, dünyanın ən iri qapalı su hövzələrindən biridir. Xəzərin şimaldan cənuba uzunluğu təqribən 1,2 min kilometrdir. Qərbdən şərqə eni isə 200-dən 435 kilometrə qədərdir. Sahəsi 371 min kvadratkilometri təşkil edir. Su həcmi 76 min kubmetrdir. Bu, dünyanın göl suyu ehtiyatının 44 faizini təşkil edir. Xəzərin maksimal dərinliyi 1025 metrdir. Ona 130 çay axır. Ən böyüyü Volqadır. Bunlardan başqa, Xəzəri dünyada məşhurlaşdıran onun zəngin neft-qaz ehtiyatlarıdır. Tarixən burada neft istehsal edilib və bu proses XX əsrdə daha geniş məzmun kəsb edib. O cümlədən Xəzərin enerji ehtiyatları böyük geosiyasi güclərin mübarizə obyektinə çevrilib. Bu səbəbdən Xəzəryanı bölgə daim müxtəlif dövlətlərin neft və qaz uğrunda savaş meydanı olub.

Xəzər dənizinin statusu SSRİ ilə İran arasında 26 fevral 1921-ci il tarixli hüquqi müqavilə və 25 mart 1940-cı il tarixli ticarət və dənizçilik üzrə imzalanan sazişlərlə tənzimlənirdi. Lakin onlarda dənizin dibinin istifadəsi məsələsi öz əksini tapmayıb. Vəziyyət SSRİ dağılandan sonra daha da gərginləşdi. SSRİ-ni Xəzər hövzəsində Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi ayrı-ayrı dövlətlər əvəz etdilər. Avtomatik olaraq, bu ölkələrin öz aralarında və İranla Xəzərin hüquqi statusunu, dənizin dibindəki ehtiyatlardan istifadə qaydasını müəyyənləşdirmək lazım gəlirdi.

Lakin bu proses meydana gələn geosiyasi və energetik ziddiyyətlər fonunda daha da mürəkkəbləşdi. Vəziyyət hətta Xəzəryanı ölkələr arasında potensial savaş səviyyəsinə qədər gərginləşdi. 1996-cı ildə Xəzərin hüquqi statusunu müəyyən etmək üçün beş hövzə ölkəsinin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupu yaradıldı. Danışıqlar məhz bu qrup çərçivəsində aparılır. Müzakirələrə dənizin bioloji və mineral ehtiyatlarından, gəmiçilikdən istifadə, təhlükəsizliyin təmini və ekosistemin qorunması kimi məsələlər də daxildir.

20 ildən sonra: problemin həlli uzaqda deyil

1998-ci il iyulun 6-da Rusiya ilə Qazaxıstan Xəzərin şimal hissəsinin dibinin bölünməsi və onun ehtiyatlarından istifadə ilə bağlı saziş imzaladılar. 2002-ci il mayın 13-də isə bu sazişin protokolu imzalandı. 2001-ci il noyabrın 29-da Azərbaycanla Qazaxıstan Xəzər dənizinin bölünməsi ilə bağlı saziş imzaladılar. 2003-cü il fevralın 27-də həmin sazişin protokolu imzalandı. 2003-cü il mayın 14-də Azərbaycan, Rusiya və Qazaxıstan Xəzərdə həmsərhəd hissələrin ayrılan xətlərinin kəsişmə nöqtəsi haqqında saziş imzaladılar. 2003-cü il noyabrın 4-də isə dəniz ətraf mühitinin müdafiəsi ilə bağlı çərçivə konvensiyası imzalandı. Həmin konvensiya 2007-ci ildən qüvvədədir. 2011-2012-ci illərdə beş Xəzəryanı ölkə dənizin neftlə çirkləndirilməsinə qarşı əməkdaşlıqla bağlı sənəd hazırladılar.

Bunların fonunda bir neçə dəfə Xəzəryanı ölkələrin başçılarının sammitləri keçirilib (2002, 2007, 2010 və 2014-cü illərdə). Bakıda keçirilən 3-cü sammitdə “Xəzər beşliyi” birgə bəyanat verdi və Xəzərdə təhlükəsizliyin təmini ilə bağlı əməkdaşlığa dair razılığa gəlindi. Növbəti sammitin 2018-ci ildə Qazaxıstanda keçirilməsi nəzərdə tutulub.

Bunlara baxmayaraq, illərdir ki, Xəzəryanı ölkələr hüquqi statusu müəyyənləşdirə və Xəzəri bölə bilmirlər. Rusiya dənizin dibini bölməyi, su hissəsinin isə ümumi istifadədə qalmasını təklif edib. Yəni milli sektorlar faktiki olaraq dənizin dibinə aid edilir. Azərbaycan dənizin dibini, su hissəsini və hava sahəsini milli sektora daxil etməyi təklif edib. İran isə milli sektorlara bölünmə prinsipini qəbul etmir. Milli sektorlara bölünmə halında isə özünə 20 faiz ayrılmasını tələb edir. Rusiyanın təklifinə görə, İrana 13 faiz düşməlidir. Bundan başqa, İran və Türkmənistan Azərbaycanın istifadə etdiyi neft yataqlarından bəzilərinin onlara aid olduğunu bildiriblər və bununla bağlı ciddi mübahisələr gedib.

Xəzəryanı ölkələrin təmsilçiləri Moskva görüşünə bu cür ciddi fikir ayrılığı ilə yığışmışdılar və S.Lavrovun bəyanatı ümidləri artırdı. Nazirlər aktual sahələr üzrə əməkdaşlığın razılaşma-hüquqi bazasının formalaşmasına nail oldular. Onlar Həştərxanda keçirilən 4-cü sammitin qərarlarının uğurla yerinə yetirildiyini ayrıca qeyd ediblər. Məsələn, bioehtiyatlardan istifadə və fövqəladə halların aradan qaldırılması ilə bağlı tədbirlər həyata keçirilir.

Birgə layihələrin hazırlanması və həyata keçirilməsi sahəsində daha intensiv əməkdaşlıqla əlaqədar ortaq fikrə gəlinib. İqtisadi əməkdaşlıq və nəqliyyat üzrə əməkdaşlıqla bağlı sənəd üzərində gərgin iş aparılır. Qaçaqmalçılıq, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə istiqamətlərində intensiv çalışılır.

Bütün bunlara görə, Rusiyanın xarici işlər naziri görüşün nəticəsini “çox pozitiv” kimi qiymətləndirib (bax: əvvəlki mənbəyə). Hüquqi statusla bağlı konvensiya dövlət başçılarına təqdim edilməlidir. Əgər prezidentlər də razılıqlarını versələr, onda gələn ilin birinci yarısında Qazaxıstanda tarixi sənəd imzalana bilər.

Şübhə yoxdur ki, bu, sevindirici haldır və Xəzər hövzəsində sülh və sabitliyi təmin etmək şansının artdığını göstərir. Qlobal geosiyasi kontekstdə də onun əhəmiyyəti az deyil. Birincisi, Xəzərdə təhlükəsizliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar üçün imkan yaranır. Xəzəryanı ölkələr bununla bağlı ortaq fəaliyyət göstərə bilərlər. İkincisi, “Yeni İpək Yolu” kimi qlobal bir layihənin reallaşmasında Xəzəryanı ölkələrin aktiv və təhlükəsiz iştirakı üçün hüquqi baza formalaşa bilər. Bu, regionun bütün dövlətlərinə sərfəlidir. Çünki Çin daha təhlükəsiz marşrutlara üstünlük verir ki, bu da təbiidir. Üçüncüsü, Xəzərin hüquqi statusunun razılaşdırılması kənar qüvvələrin burada təxribatlar törətmək imkanlarını əlindən alır. Bu məsələdə Rusiya ilə İran da çox maraqlıdırlar. Onlar Qərbin böyük dövlətlərinin Xəzərə müdaxiləsini qətiyyən istəmir, bu səbəbdən də Xəzərdə öz hərbi güclərini durmadan artırırlar.

Beləliklə, nazirlərin Moskva görüşü Xəzərin statusunda dönüş nöqtəsi ola bilər. Lakin sənədin məzmunu hələ bəndlərinə qədər açıqlanmayıb. Yalnız hər şey müəyyənləşdirildikdən sonra Xəzərin hüquqi statusunun qalıcı olub-olmayacağı barədə fikir yürütmək mümkün olacaq. İstənilən halda region dövlətlərinin bu məsələdə prinsipial razılıq əldə etməsi çox müsbət haldır.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir