Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” bu sahədə örnək və uğurlu yol göstəricisidir

“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” bu sahədə örnək və uğurlu yol göstəricisidir

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin ictimai müzakirəyə təqdim olunduğu və cəmiyyətin diqqətinin bu məsələyə yönəldiyi bir vaxtda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən çap edilmiş “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” görkəmli dilçi alimlər tərəfindən dəyərli təşəbbüs kimi qiymətləndirilir.

AZƏRTAC Dövlət Dil Komissiyasının üzvü, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisinin deputatı, akademik Nizami Cəfərovun “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”, ümumən lüğət yaradıcılığının tarixi və orfoqrafiya lüğətçiliyinin aktual problemləri ilə bağlı qeydlərini təqdim edir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin indiyə qədərki zəngin milli, eləcə də beynəlmiləl lüğətçilik təcrübəsinə əsaslanaraq Azərbaycan dilinin müasir dövrün həm elmi, həm də praktik tələblərinə uyğun işlək orfoqrafiya sözlüyünü hazırlayıb nəşr etməsi təqdirəlayiq addımdır .

XIX əsrin ortalarından (Mirzə Fətəli Axundzadədən) başlayan bir sıra əhəmiyyətli cəhdləri nəzərə almasaq, Azərbaycan dilinin orfoqrafiya qaydalarının (sözlüyünün) tərtibi zərurəti keçən əsrin 20-ci illərində ölkəmizdə ərəb əlifbasından latın əlifbasına keçid hərəkatının nəticəsində meydana çıxmışdı. Həmin illərdə Bakıda müntəzəm olaraq keçirilmiş İmla Konfranslarında ölkə ziyalılarının yaxından iştirakı (dünya şöhrətli türkoloq, professor Bəkir Çobanzadənin rəhbərliyi altında) ilə geniş müzakirələr aparılıb, bu müzakirələrin yekununda Azərbaycan dilinin o dövr üçün kifayət qədər mükəmməl olan ilk orfoqrafiya sözlüyü – “İmla lüğəti” (tərtib edəni: Vəli Xuluflu) nəşr olunmuşdu.

Etiraf etmək lazımdır ki, Azərbaycan dilinin bu orfoqrafiya sözlüyü ilk təcrübə idi, sonralar məlum siyasi-ideoloji məqsədlərlə (ən azı, ona görə ki, latın əlifbası ilə tərtib edilmiş, onu yaradanlar 30-cu illərdə repressiya qurbanı olmuşlar) nə qədər tənqidə məruz qalsa da, sonrakı orfoqrafik sözlüklərin birbaşa elmi-metodiki əsasında dayanır.

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin sonuncu – altıncı nəşrinin (Bakı, 2013) “Ön söz”ündə deyilir: “Azərbaycan dilinin həcmcə çox kiçik olan ilk orfoqrafiya lüğəti 1929-cu ildə latın qrafikalı əlifba əsasında nəşr olunmuşdur. Lüğət tədricən təkmilləşdirilərək 1940, 1960, 1975-ci illərdə çap olunmuşdur… Əgər 2004-cü ildə nəşr olunmuş orfoqrafiya lüğətində 80 minə yaxın söz var idisə, genişləndirilmiş və yenidən işlənmiş bu nəşrdə onların sayı 110 mini keçmişdir. Əlavə edilmiş sözlərin çoxu yeni yaranmış, yaxud əvvəlki nəşrə daxil edilməsi unudulmuş sözlərdir”.

Azərbaycan dili orfoqrafiya lüğətçiliyinin üç dəfə əlifba dəyişikliyi ilə müşayiət olunmuş mürəkkəb tarixi barədəki bu həddindən artıq yığcam (və o dərəcədə də absurd) məlumat bir sıra təbii suallar doğurur: Birincisi, “həcmcə çox kiçik” hesab olunan ilk lüğət təxminən 20 min sözü əhatə edib ki, ötən əsrin 20-ci illəri üçün bu, böyük uğur sayıla bilər… İkincisi, 2004-cü ildə 80 minə yaxın sözdən ibarət olan bir lüğəti on il ərzində “yeni yaranmış, yaxud əvvəlki nəşrə daxil edilməsi unudulmuş sözlər” hesabına nə qədər “zənginləşdirmək” olur ki, həcmi 110 mini keçsin?.. Nəhayət, üçüncüsü, lüğətin müstəqillik illərindəki nəşrləri hazırlanarkən əvvəlki illərdəki qədər geniş, peşəkar müzakirələr aparılıbmı?..

Əlbəttə, bu suallara verilən obyektiv cavablardan belə bir yekun nəticə çıxacaq ki, orfoqrafiya sözlüyü kimi strateji bir dilçilik əsərinin tərtibi işinə xüsusən son dövrlərdə xeyli dərəcədə laqeyd, hətta demək olar ki, məsuliyyətsiz yanaşılıb.

Tərcümə Mərkəzinin “Lüğət”in son nəşri üzərində apardığı təhlillər külli miqdarda faktlarla təmsil olunan prinsipial qüsurlar aşkarlayıb ki, onlardan birincisi müasir Azərbaycan dilində işlənməyən, artıq tamamilə arxaikləşmiş ərəb, fars və s. mənşəli çoxsaylı əcnəbi sözlərin tədricən nəinki lüğətlərdən çıxarılması, hətta nəşrdən-nəşrə daha da artırılmasıdır. Məlum olduğu kimi, geniş müzakirələrdən sonra arxaik ərəb və ya fars mənşəli sözlər vaxtilə “İmla lüğəti”nə ona görə daxil edilmişdi ki, köhnə kitabları, xüsusilə klassiklərin – Nəsiminin, Füzulinin, Vaqifin, Seyid Əzimin, Sabirin… əsərlərini əski əlifbadan yeni əlifbaya çevirəndə orfoqrafik hərc-mərclik yaranmasın.

Əlbəttə, klassik ədəbiyyatın keçən əsrin xüsusilə 20-ci, 30-cu illərində latın, eləcə də 40-cı, 50-ci illərində kiril əlifbasına keçirilməsi zamanı bu cür sözlərin orfoqrafiya sözlüklərinə salınması müəyyən əhəmiyyət daşısa da, sonrakı onilliklərdə həmin arxaizmlərin saxlanması, heç şübhəsiz, hər cəhətdən əhəmiyyətsiz və əsassız sayılmalıdır. Məsələn, ab, aba, abco, abdar, abgah, abgül, abgüşt, abxor, çak, çakər, canfəza, cələsə, cəridə, cidal, dadrəs, danişgah, dəh kimi minlərlə söz, hətta abi-bəqa, abi-çeşm, abi-heyvan, abi-həyat, abi-niysan, abi-zindəgani, dərdi-sər, əhli-eşq, əhli-fəsad, əhli-naz, əhli-zülm kimi izafət birləşmələri orfoqrafiya lüğətinə hansı məntiqlə daxil edilə bilər?

Azərbaycan klassik ədəbiyyatının dilində işlənən, artıq çoxdan arxaikləşmiş və bugünkü azərbaycanlı üçün anlaşılmaz olan ərəb, yaxud fars mənşəli sözlərin bu və ya digər dərəcədə mükəmməl lüğətləri mövcuddur. Həmin lüğətlərdə sözlərin həm ərəb əlifbası ilə yazılışları, həm də müasir Azərbaycan dilində izahları – müstəqim və məcazi mənaları verilir. Doğrudur, bu cür lüğətlərin vaxtaşırı olaraq təkmilləşdirilməsinə ehtiyac var, hər şeydən əvvəl ona görə ki, son zamanlar Azərbaycan klassik ədəbiyyatının xeyli miqdarda əsərləri ortaya çıxarılaraq nəşr olunub ki, onların leksikonunda ərəb, fars mənşəli alınma sözlər mühüm yer tutur.

Əsas məsələ ondan ibarətdir ki, nəsillər dəyişdikcə köhnə ərəb və ya fars alınmaları daha da arxaikləşib tamamilə anlaşılmaz olub, işləkliyini itirib və yazı praktikasından çıxıb. Ona görə də bu cür sözlərin orfoqrafiya sözlüyünə daxil edilməsi nə elmi-nəzəri, nə də praktik baxımdan heç bir əhəmiyyət daşımadığı halda, onu ağırlaşdırır, istifadə üçün əlavə çətinliklər törədir.

İkinci qüsur mövcud orfoqrafiya lüğətində ümumişlək səciyyəsi daşımayan, yalnız müxtəlif elmlər və ya peşələr üzrə mütəxəssislərin dar ünsiyyət dairəsinə mənsub söz-terminlərə geniş yer verilməsidir. Məsələn, abaksial, abandon, abatment, abilitasiya, abiogenez, abiotik, abisin, dagerrotip, dedveyt, demensiya, dzeren kimi söz-terminlərin (qeyd edək ki, bu cür söz-terminlərin sayını, prinsip etibarilə, lüğətdə olduğundan bir neçə dəfə də artırmaq mümkündür) orfoqrafiya lüğətinə daxil edilməsi yanlışdır. Onu da nəzərə almaq lazımdır ki, burada söhbət yalnız beynəlmiləl terminologiyadan deyil, milli söz-terminlərdən də gedir. Belə ki, məsələn, cərgəarasıseyrəklik, çarxqollu-sürgüqollu, çəyirdəyəbənzərlik və ya çəyirdəyəoxşarlıq, çoxmemarlılıq, dalğasakitləşdirən, dimdikşəkillilik, dördqabarıqlı, əyrixətlilik kimi terminoloji vahidlər (qeyd etməliyik ki, bunların çoxu qondarmadır) orfoqrafiya lüğətində heç bir funksiya daşımır.

Bir qayda olaraq, orfoqrafiya lüğətinə o terminlər daxil edilir ki, onlar ümumişlək səciyyəlidir. Əgər bütün terminlər buraya daxil edilsə, elə bir həcm alınar ki, təsəvvür etmək belə çətindir. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin tərtibçiləri “Lüğətin quruluşu” başlıqlı izahatda “dilimizin lüğət tərkibinin ayrılmaz hissəsini təşkil edən xüsusi terminlər”ə “minimum həcmdə” yer ayırdıqlarını qeyd etsələr də, bu “minimum həcm”in nədən ibarət olduğu, hansı prinsiplərə dayandığı göstərilməyib, “həcm”in özü isə “minimum” həddini xeyli aşıb. Bu məqam bir də ona görə etiraz doğurur ki, müasir elmlərin əsas sahələri üzrə kifayət qədər zəngin (və mükəmməl) terminoloji lüğətlər həm var, həm də vaxtaşırı hazırlanır.

Müasir dövrdə terminologiyanın beynəlmiləlləşməsi elə bir səviyyədədir ki, bu və ya digər terminin (məsələn: atom, diskret, kreativ, modern və s.) hər hansı bir dilə mənsubluğu şərtidir və ümumiyyətlə, terminlər həm real, həm də potensial olaraq bütün dillərə aiddir. Odur ki orfoqrafiya lüğətinə yalnız ümumişlək, anlaşıqlı və populyar terminlər daxil edilməlidir.

Əslində, milli orfoqrafiya lüğətçiliyində bu da bir mədəniyyətdir ki, beynəlmiləl terminologiyanın anadilli elmi-intellektual təfəkkürə hansı miqyasda daxil olduğu təxminən təsəvvür edilsin, əks halda, bir-birinin tam əksi olan iki halla qarşılaşacağıq:

a) heç bir beynəlmiləl termin (hətta ümumişlək olanlar belə) sözlüyə daxil edilməyəcək;

b) azərbaycandilli elmi ədəbiyyatda rast gəlinən (və gəlinməyən) bütün beynəlmiləl terminlər (müxtəlif yazılış formalarında) sözlükdə əks olunacaq.

Bu halların hər ikisi yanlışdır. Doğru olan isə odur ki, orfoqrafiya sözlüyü kütləvi istifadənin tələbinə uyğun sözləri ehtiva etsin. Ədəbi normativlikdən və ya kütləvi işləklikdən məhrum dialektizmlər, yaxud loru sözlər “Lüğət”də xeyli yer tutur ki, bu, onun üçüncü qüsurudur.

Əlbəttə, hər bir ədəbi dil ilkin təşəkkül dövr və ya mərhələlərindən başlayaraq, bütün tarixi boyu xalq dilinin, o cümlədən dialektlərin əhəmiyyətli təsirini qəbul edərək zənginləşir. Lakin məsələn, dilimizdə sürüşdürmək sözünün fonetik dialekt-şivə qarşılığı olan sürçütmək sözünü orfoqrafiya sözlüyünə daxil etmək o deməkdir ki, eyni “müvəffəqiyyət”lə bütün dialektizmlərə həm leksik, həm qrammatik, həm də fonetik səviyyədə qapı açmaq olar. Tərtibçilər nəzərə almamışlar ki, orfoqrafiya lüğətinin missiyası düzgün yazı normalarını təsbit etməkdirsə, düzgün forma ya “sürüşdürmək”, ya da “sürçütmək” olacaq.

“Lüğətin quruluşu”nda göstərilir ki, buraya “məhəlli sözlərdən (dialektizmlərdən) şifahi xalq yaradıcılığında ən çox yayılmış, buradan da ümumxalq dilinə keçmiş, habelə termin kimi qəbul edilmiş və ədəbi dildə qarşılığı olmayan sözlər: balıq, bitki, heyvan və s. adları” da daxil edilmişdir. Belə bir mənzərə alınır: dialektizm əvvəl şifahi xalq yaradıcılığına, daha doğrusu, onun dilinə, sonra isə ümumxalq dilinə keçir… “Ümumxalq dili”, əslində, həm dialektləri, həm də ədəbi dili özündə ehtiva edən anlayışdır. Ona görə də burada nə deyilmək istədiyini başa düşmək olmur. Ümumiyyətlə, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin əvvəlində verilmiş istər “Lüğətin quruluşu”, istərsə də “Orfoqrafiya qaydaları” bölmələrində həm təsnifat prinsipləri tez-tez pozulur, həm də dilçilik terminlərindən düzgün istifadə olunmur. Acıxmaq, adə, ağarantı, ağyağız, ağzıbir, ağzıyelli, alabaydaq, alahı, alanqu, anarı tipli dialekt, açarınıitirən, adıbatmış, ağızdanyava, ağızsürütməsi, ağzıcırıq, ağzıheyvərə, ağzıyavalıq, cırıxma, çezdirmə, çezə-çezə, çərən-çürən, çırtı-pırtı, çoşqa-çoşqa, donuzbala kimi loru sözlərin orfoqrafiya lüğətində verilməsi, ən azından, yazı mədəniyyətinə ziddir. Çünki bu cür söz və ifadələrin Azərbaycan dilində – bədii təfəkkürü son dərəcə zəngin, linqvo üslubi stilizasiya imkanları buna uyğun olaraq intəhasız olan bir xalqın dilində hansı həcmdə olduğunu təsəvvür eləmək belə çətindir ki, bunların çoxu məhdud dairədə adi danışıq dili üçün səciyyəvi, ədəbi dil “kodeks”i olan orfoqrafiya sözlüyü üçünsə anomaliyadır.

“Lüğət”in dördüncü qüsuru heç bir ehtiyac olmadan söz yaradıcılığı hesabına yüklənməsi və ya süni olaraq həcmcə genişləndirilməsidir.

Qeyd edək ki, bu qüsur, ilk növbədə, flektiv dillərin (hind-Avropa dillərinin) lüğətçilik ənənəsinə aludəlikdən irəli gəlir ki, həmin ənənəni türk mənşəli Azərbaycan dilinə, ümumən iltisaqi dillərə tətbiq etmək kökündən yanlışdır. Nə ehtiyac var ki, “silahlandırılma, silahlandırılmaq, silahlandırma, silahlandırmaq, silahlanma, silahlanmaq… silahsızlandırılma, silahsızlandırılmaq, silahsızlandırma, silahsızlandırmaq, silahsızlaşdırılma, silahsızlaşdırılmaq, silahsızlaşdırılmış, silahsızlaşdırma, silahsızlaşdırmaq, silahsızlıq” tipində sicilləmələr orfoqrafiya lüğətinə daxil edilsin?.. Əgər mətləb sözün törəmələrinin düzgün yazılış qayda və ya formalarının təsbitindən gedirsə, daha doğru, daha elmi yanaşma odur ki, lüğətə tamamilə təbii olaraq əlavə edilmiş “Orfoqrafiya qaydaları”nda müxtəlif növ şəkilçilərin orfoqrafiyası təfsilatı ilə verilsin. Belə olan halda, əlbəttə, istifadəçi biləcək ki, məsələn, işıqlanmaq, sözündən yaranan işıqlandırılmış, yaxud işıqlandırılmaq düzəltmə sözləri ahəng qanununun tələbindən irəli gələrək məhz bu cür yazılmalıdır. Bu həm də yeni söz yaradıcılığı imkanlarını təmin etmək, sözlüyü süni olaraq məhdudlaşdırmamaq demək olardı.

“Lüğət”də Azərbaycan dilinin mövcud söz yaradıcılığı imkanlarından sui-istifadə edilərək “yaradılmış” xeyli qurama sözlərə rast gəlinir ki, bu, beşinci qüsurdur. Buraya abır-həyagözləmə, abırsızolma, abidəucaltma, abzasdanbaşlama, acgödənlikedən, acıdilliliketmə, acıq-qıcıqgöstərmə, açıqçagöndərmə və s. tipli qondarma “mürəkkəb sözlər” aiddir ki, onların sayı lüğətdə olduqca çoxdur. Belə “söz”lərin lüğətə ayaq açması “söz” anlayışı barədəki təsəvvürün yanlışlığından, yaxud elmi olmamasından irəli gəlir. Maraqlıdır ki, tərtibçilər Azərbaycan dilində, məsələn, ətriyyatçılıqetmə, yaxud ətriyyatçıolma sözlərinin mövcudluğunu qəbul edirlər, ancaq deyək ki, müəllimliketmə, yaxud müəllimolma; həkimliketmə, yaxud həkimolma “söz”lərini qəbul edib lüğətə daxil etmirlər… Bu isə o deməkdir ki, ən adi elmi prinsiplər belə gözlənilməmiş, tərtibçilər ya hansı mətndəsə təsadüf etdikləri “söz”ləri almış, ya da sadəcə özlərindən uydurmuşlar.

Hər iki hal Azərbaycan dilinin iltisaqi təbiətindən irəli gəlir; belə ki, Azərbaycan dilində, ümumən türk dillərində bir stabil, bir də situativ sözlər var: məsələn, “dağ” və “dırmanmaq” sözləri stabil, “dağadırmaşan” isə situativdir, eynilə “ağacadırmaşan”, “damadırmaşan”, “divaradırmaşan”… kimi. Sonuncuların orfoqrafiya sözlüyünə salınması ona görə doğru deyil ki, bunlar normal söz yox, söz-törəmələrdir.

“Lüğət”in altıncı qüsuru “söz” anlayışı hüdudlarına sığmayan yamsılamalara və ya fonetik təqlid cəhd-vahidlərinə, heç bir əsas olmadan, geniş yer ayrılmasıdır; məsələn: car-cur, cığ-cığ, cığ-vığ, cıqq, cirinq, cükk, çığ-bağ, çığ-bığ, çıqq, çıq-çıq, çıpaçıp, çıp-çıp, çırt, danq, dıq, dit, dit-dit, dız, dızz, dom-dom, dü-dü və s.

Qüsur bununla da bitmir, tərtibçilər bu cür “söz”lərdən daha bir sıra qurama “söz”lər yaradıb “Lüğət”ə daxil edirlər; məsələn: cığ-vığetmə, cığ-vığsalma, cik-ciketmə, cikkəçəkmə, civcik, cəh-cəhvurma, cığ-vığçı, dırıltısız, dit-ditetmə, düd-düdetmə və s.

Nəhayət, yeddinci…

Əlbəttə, orfoqrafiya sözlüyünə hansı sözlərin daxil edilib-edilməməsi nə qədər mühüm məsələ olsa da, sözlüyün əsas missiyası mümkün qədər mükəmməl orfoqrafiya qaydalarına (prinsiplərinə) əsaslanmaqla, sözün düzgün yazılışını təsbit etməkdən ibarətdir ki, ümumiyyətlə, bu sahədə xeyli böyük təcrübə qazanıldığını inkar etmək olmaz. Ancaq müşahidələr göstərir ki, bir sıra sözlərin düzgün yazılışında: a) tələffüz variantlılığından; b) alınmalarda mənbə dildəki yazı normasına münasibətdən; c) mürəkkəb sözlərin bitişik, yaxud defislə yazılmasından və s. irəli gələn problemlər var. Məsələn: addama – adlama, basdalama – bastalanma, başaçıq – başıaçıq, birə-üç – birəyeddi, cəlal – calal, çalpaşıq – çəlpəşik, çaşma – şaşma, didmə – didələmə, dəlmə-deşik – dərmə-deşik, ədva – ədviyyə – ədvə, gülümsəmə – gülümsümə, qarğama – qarğıma, qəribsəmə – qəribsimə, qırov – qrov, qorxutma – qorxuzma, qovlama – qovalama, sərfəli – sərfli, sayaqlama – sayıqlama, sıyırıntı – sıyırımtı, şəfqət – şəfəqqət, üfrülmə – üfürülmə, ürpmə – ürpərmə, yorğun – yornuq, yumurlama – yumrulama və s.

Əslində, bu cür variantlılıq kifayət qədər asan şəkildə aradan qaldırıla bilər, əsas çətinlik isə, məsələn, antenna, metafora, palata, reklama, sistema, tematika kimi alınma sözlərin son, hokkey, hokku, hospital, hotel kimi alınma sözlərin ilk hərflərinin yazılışında ümumi prinsipin gözlənilməsindədir.

Beləliklə, orfoqrafiya lüğətinin son – 2013-cü il nəşri (o nəşrin ki, əsas missiyası məhz bu cür qüsurları mümkün dərəcədə aradan qaldırmaq idi) bugünkü tələblərə cavab vermir.

Azərbaycan Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin bu cür qüsurlarını aradan qaldırmaqla yanaşı, ona yüzlərlə yeni söz də əlavə edib ki, həmin sözlərin mütləq əksəriyyətinin müasir Azərbaycan dilində ədəbi populyarlığı heç bir şübhə doğurmur: adət-ənənə, aktuallıq, aqressiv, aqressiya, anestezioloq, antiterror, aydın, böv, buzlaşma, canlılar, cümləbəcümlə, deltaplan, deşifrə, dəst-xət, əhd-peyman, əhval-ruhiyyə, əlkimyagər, əntiqçi, əyarlama, fokusçu, gedişat, gödəkçə, gündöyən, güvən, həmmüəllif, hərəkətlənmək, hissiyyatlı, hövllənmək, hürgüc, hürkmək, xoreoqraf, ilginc, infantil, köynəkçə, qamçı, qaraçuxa, qaragüruh, qavram, qayım, qəltan, moratori, multikultural, multikulturalizm, nəmər, ora, orada, ödəyici, önəm, publik, publika, sağın, salat, seysmoaktiv, seysmoloq, sərdabə, fotosessiya, suvama, suvamaq, südçörəyi, sürreal, şüuraltı, uca, yayımlama, yayınlanma və s.

Göründüyü kimi, burada ümumişlək terminlər, həm xalq dilindən, həm də son illər xüsusi ictimai maraq kəsb edən digər türk dillərindən alınmalar (fikrimizcə, dilimizdə bu sözlərin miqdarı get-gedə daha da artacaq) və s. var. “Sözlük”ə tərtibçilər ədəbi dildə işlənməyən bir sıra yeni leksik vahidləri də daxil etmişlər ki, onlar da kütləvi istifadənin təmin edilməsi məqsədilə izahlarla verilib.

Tərcümə Mərkəzinin direktoru, görkəmli yazıçı Afaq Məsudun təşəbbüsü, rəhbərliyi və iştirakı ilə hazırlanmış “İşlək sözlük”, heç şübhəsiz, həm öz-özlüyündə böyük yaradıcılıq işidir, həm də gələcək orfoqrafiya sözlüklərinin hazırlanması üçün örnək, uğurlu yol göstəricisi, metodiki (və metodoloji) əsasdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb