Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Newtimes.az-ın “Üçüncü minillikdə geosiyasətin yeni üfüqləri” adlı məqalələr toplusu çapdan çıxıb

Newtimes.az-ın “Üçüncü minillikdə geosiyasətin yeni üfüqləri” adlı məqalələr toplusu çapdan çıxıb

Bakı, 13 fevral, AZƏRTAC

Newtimes.az analitik-informasiya portalının “Üçüncü minillikdə geosiyasətin yeni üfüqləri'” adlı növbəti nəşri çapdan çıxıb. Kitab Newtimes.az analitik-informasiya portalının məqalələr toplusu əsasında tərtib olunub.

AZƏRTAC Newtimes.az portalına istinadla xəbər verir ki, nəşrin layihə rəhbəri və baş redaktoru Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovdur.

Artıq 5 ildir fəaliyyət göstərən Newtimes.az portalı Azərbaycanın media məkanında özünəməxsus yerə malik olan və bu illər ərzində ifadə etdiyi fikirlər, irəli sürdüyü təşəbbüslər və reallaşdırdığı layihələrlə fərqlənən kütləvi informasiya vasitəsinə çevrilib. Dünyada baş verən geosiyasi, iqtisadi proseslərin, dövlətlərarası və sivilizasiyalararası münasibətlərin təhlili və proqnozlaşdırılması üzrə ixtisaslaşan portalın əsas məqsədi beynəlxalq münasibətlər sistemindəki tendensiyaların və davranışların mahiyyəti, konseptual və praktiki tərəfləri haqqında obyektiv və əsaslandırılmış fikirləri oxuculara çatdırmaqdır.

Qeyd etmək lazımdır ki, indiyədək portalın “Qlobal siyasət: təhdidlər, çağırışlar, ümidlər” (2013-cü il), “Кто прав тот и силнее?” (2013-cü il), “Müasir beynəlxalq münasibətlər sistemi: Newtimes.az-ın baxış bucağı” (2014-cü il), “Современная cистема международных отношений: сквозь призму Newtimes.az” (2015-ci il) və “Günümüzün Jeosiyasi Süreçlerinin Perde Arkası” (2015-ci il) adlı Azərbaycan, rus və türk dillərində 5 kitab dərc edilib.

Beynəlxalq münasibətlərin tədqiqi ilə məşğul olan azərbaycanlı və xarici alim, ekspert və analitiklərlə əməkdaşlıq edən Newtimes.az analitik-informasiya portalı fikir müxtəlifliyini qorumaqla yanaşı, siyasi-elmi dairələri narahat edən bir sıra mühüm beynəlxalq proseslərə dair mövqeyin formalaşdırılmasına da səy göstərir. Azərbaycanın milli və dövlətçilik maraqları bu fəaliyyətdə prioritet istiqamət təşkil edir. Azərbaycan, rus, türk və ingilis dillərində dərc olunan portal geniş oxucu kütləsinə malikdir. Saytın sosial şəbəkələrdəki (Feysbuk, Tvitter, Vkontakte) fəaliyyəti isə oxucuların fikir və rəylərini qiymətləndirməyə imkan verir.

Portalın əsas fəaliyyət istiqamətlərindən biri xarici tərəfdaşlarla əməkdaşlıq əlaqələri yaratmaq və inkişaf etdirməkdir. Qlobal miqyasda informasiyanın çatdırılmasının inhisara alındığı, müəyyən dairələr tərəfindən idarə olunan saxta (feyk) məlumatların dominant mövqeyə yiyələndiyi bir dövrdə Azərbaycan həqiqətlərinin və Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının dünyaya çatdırılması və alternativ ideyaların ifadəsi üçün bu, olduqca vacib məqamdır. Hazırda Newtimes.az-ın 15-dən artıq ölkədən 60-a yaxın beyin mərkəzi, analitik-informasiya qurumu, KİV-lər ilə əlaqələri mövcuddur. Türkiyənin Beynəlxalq Siyasət Akademiyası (UPA), Avrasiya İncelemeleri Merkezi (AVİM), ABŞ-ın “İrs” Fondu, Strateji Düşüncə İnstitutu, Rusiyanın Strateji Qiymətləndirmə və Proqnozlar Mərkəzi, Beynəlxalq Tədqiqatlar İnstitutu və Hərbi-Siyasi Araşdırmalar Mərkəzi, Xəzər Əməkdaşlığı İnstitutu, Litvanın Geosiyasi Tədqiqatlar Mərkəzi, Birləşmiş Ərəb Əmirliklərinin Orta Şərq və Körfəz Hərbi Təhlil İnstitutu Newtimes.az materiallarına Azərbaycandan dünyaya və regiona baxış kimi istinad edirlər. Bundan başqa, “Ceymstaun'” Fondu (ABŞ), Vudro Vilson adına Beynəlxalq Elmi Mərkəz (ABŞ), Amerika Neft İnstitutu, Mərkəzi Asiya və Qafqaz İnstitutu (ABŞ), Geosiyasi Təhlil və Monitorinq Mərkəzi (ABŞ) kimi analitik qurumların nəşrləri, “Foreign Policy Magazine”, “Central Asia and the Caucasus”, “Uluslararası Hukuk ve Politika”, “Akademik Perspektif”, “Newsweek”, “Международные процессы” jurnalları, həmçinin “Wikipedia” beynəlxalq elektron ensiklopediyası, “History of Truth” (ABŞ), İnosmi.ru, Russia.Post.su, Politobzor.net, Oilru.com (Rusiya), Centrasia.ru, Respublika-kz.info (Qazaxıstan), Fergananews.com (Özbəkistan), Kyrgyztoday.kg (Qırğızıstan) kimi saytlar portalın materiallarını öz səhifələrində dərc edirlər. Portalın xarici dillərdə məqalələri həmin mərkəzlərin internet saytlarında mütəmadi qaydada özünə yer tapır.

Newtimes.az portalı öz fəaliyyətində Azərbaycanın xarici siyasətinin həyata keçirilməsində praktik məsələlərə də diqqət ayırır. Portal davamlı olaraq xarici siyasətin qarşısında duran yeni çağırışlarla bağlı mövzulara yer ayırır, xüsusən də informasiya əsrində rəqəmsal diplomatiyanın imkanlarından daha geniş istifadə olunması ilə bağlı təklif və təşəbbüslərlə çıxış edir. Bu mənada 2016-cı ildən başlayaraq portalın Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin sosial şəbəkələrdə fəaliyyəti ilə bağlı apardığı monitorinqi xüsusi qeyd etmək lazımdır.

“Azərbaycanın diplomatik korpusu tvitterdə” adlı hesabatın əks olunduğu bu layihənin məqsədi diplomatik nümayəndəliklərin virtual məkanda fəaliyyətini izləməklə, onların Azərbaycanın təbliğatı, ölkədə baş verən proseslərlə bağlı düzgün informasiyanın yayılması, erməni lobbisinin ölkəmizə qarşı apardığı əks-təbliğata cavab istiqamətində sosial şəbəkələrdə göstərdikləri fəaliyyəti işıqlandırmaqdır. Təsadüfi deyil ki, ilkin monitorinq zamanı Azərbaycanın xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərindən yalnız 57-nin Tvitterdə aktiv səhifəsi vardısa, hazırda Tvitter hesabı olanların sayı 70-ə çatıb.

Bütün bunlar Newtimes.az-ın gördüyü işin miqyasının əyani sübutudur. Keçən dövr ərzində portal Azərbaycanın milli və strateji maraqlarının müdafiəsində dayanan, Azərbaycan dövlətini beynəlxalq media məkanında təbliğ edən və onun xarici siyasət kursunun mahiyyətini izah edən media resursuna çevrilib.

Newtimes.az portalının fəaliyyətini izləyən oxuculara məlumdur ki, beynəlxalq münasibətlərdə beynəlxalq hüququn böhranı, ədalət prinsipinin pozulması və ikili standartlar portalın proseslərə baxışının əsas xəttini təşkil edir. Şübhəsiz ki, bu ideya artıq daha geniş çərçivədə müzakirə olunmaqda və tərəfdar qazanmaqdadır. Bu gün dünya liderləri bəşəri dəyərlər, ideallar, insan hüquqları, demokratiya kimi terminlərdən getdikcə daha çox istifadə etsələr də, reallıq tamamilə başqadır. Qeyd olunan prinsiplər daha çox müasir dövr üçün geosiyasi maraqların reallaşdırılmasında bir vasitə və ayrı-ayrı dövlətlərə qarşı təzyiq aləti rolunu oynayırlar. Bu vəziyyətdən ən çox zərər görən isə hələ də beynəlxalq hüququ əsas fəaliyyət çərçivəsi hesab edən ayrı-ayrı kiçik dövlətlərdir.

Bütün bunları nəzərə alaraq, Newtimes.az analitik-informasiya portalı onunla əməkdaşlıq edən azərbaycanlı və xarici mütəxəssislərin məqalələrindən ibarət yeni toplunu çap etməyə qərar verib.

Ön söz və beş fəsildən ibarət olan “Üçüncü minillikdə geosiyasətin yeni üfüqləri” adlı kitabın I fəsli Azərbaycanın xarici siyasətinə, öz qonşuları ilə əlaqələrinə, bu ölkələrdə baş verən proseslərə həsr olunub. Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun “Azərbaycan diplomatiyası 25 ildə: riskli və mürəkkəb şəraitdə uğurun sirri” adlı məqaləsində Azərbaycanın xarici siyasətinin mahiyyəti və prinsipləri, diplomatiyamızın son 25 ildə keçdiyi yol, əldə olunmuş nailiyyətlər və bunun səbəbləri geniş şəkildə təhlil edilir.

Fəsildə, həmçinin regiondakı uğurlu üçtərəfli əməkdaşlıq formatlarına, Rusiya, Türkiyə və İran kimi böyük təsirə malik ölkələrin qlobal proseslər kontekstində xarici siyasi gedişlərinə, Mərkəzi Asiya regionunda və Gürcüstanda baş verən proseslərə diqqət yetirilir.

Müasir dövrdə baş verən gərginliklər fonunda geosiyasi mühitdəki mövcud və yeni trendlər II fəslin mövzusudur. Qlobal səviyyədə gedən prosesləri təhlil etmədən müasir beynəlxalq münasibətlər sistemini anlamaq çətindir. Burada məsələnin konseptual və praktiki cəhətləri, geosiyasi güclər arasında, xüsusən ABŞ-Rusiya-Çin üçbucağında münasibətlər və ziddiyyətlər araşdırılır.

Toplunun III fəslində ideoloji təlatümlər içərisində olan Avropadakı mövcud vəziyyət nəzərdən keçirilir. Birləşmiş Krallığın Avropa İttifaqını tərk etmək qərarının, Yaxın Şərq və Şimali Afrikadan gələn miqrant axınının, sağçı ideologiyanın yüksəlişinin yaratdığı gərginlik fonunda Aİ-nin tamamən parçalanması riski, yeni inteqrasiya təklifləri təhlil olunur.

IV fəsildə müasir dövrdə sürətlə yayılmaqda olan separatizm tendensiyasına diqqət yetirilir. Məqalələrdə separatizmin bütün təzahürlərinə vahid yanaşmanın tətbiqinin zəruriliyi vurğulanır. Böyük dövlətlərin Dağlıq Qarabağ münaqişəsinə fərqli münasibəti və təcavüzkar Ermənistana göstərilən dəstək tənqid olunur. Bu kimi addımların qlobal sülh və sabitlik üçün ciddi təhlükə yaratdığı və yekunda beynəlxalq münasibətlər sistemi üçün dağıdıcı təsirə malik olduğu fikri vurğulanır.

Nəhayət, toplunun sonuncu V fəslində Cənubi Qafqazdakı mövcud tendensiyalar tədqiq olunur. Bu çərçivədə, bir tərəfdən həyata keçirdiyi layihələr və irəli sürdüyü təşəbbüslərlə sülh və əməkdaşlığa töhfə verən Azərbaycanın mövqeyinə, digər tərəfdən isə işğalçı mahiyyətinə uyğun olaraq reallıqları təhrif edən və vassal statusunda olan Ermənistanın xarici siyasətinin regiona təsiri nəzərdən keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışının əsas tezisləri proseslərin aydınlaşdırılması baxımından olduqca faydalıdır. Həmçinin Ermənistan daxilindəki ağır siyasi, iqtisadi və sosial vəziyyətə, xüsusən Rusiyaya qarşı yaranmış narazılığa diqqət yetirilir.

Qeyd etmək lazımdır ki, “Üçüncü minillikdə geosiyasətin yeni üfüqləri” məqalələr toplusu “Şərq-Qərb” nəşriyyatı tərəfindən nəfis poliqrafik tərtibatla çap edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir YENİLƏNƏCƏK

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-nin “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb