DÜNYA


İranın Ali Rəhbəri əfv sərəncamı imzalayıb

Tehran, 13 fevral, AZƏRTAC

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamneyi humanizm prinsiplərini əsas tutaraq İran İnqilabının 39-cu ildönümü münasibətilə əfv sərəncamı imzalayıb.

Ali Rəhbərin administrasiyasından verilən məlumatda deyilir ki, əfv sərəncamı 565 məhkuma şamil edilib. Sərəncama əsasən, məhkumların bir qismi azadlığa buraxılıb, digər qisminin isə azadlıqdan məhrum etmə müddəti azaldılıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.