İDMAN


UEFA Çempionlar Liqası: “Real Madrid” doğma meydanda PSJ-ni məğlub edib

Bakı, 15 fevral, AZƏRTAC

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində növbəti oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirin son qalibi “Real Madrid” doğma meydanda PSJ-ni qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən matçın 33-cü dəqiqəsində qonaqlar hesabı açıblar. Adrien Rabo Neymarın ötürməsini qapı toruna qovuşdurub. İlk hissənin 45-ci dəqiqəsində “Real” hesabı bərabərləşdirə bilib. PSJ-nin qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini Kriştiano Ronaldo dəqiq yerinə yetirib -1:1. Birinci hissə bu hesabla yekunlaşıb.

Fasilədən sonra meydan sahibləri hesabda önə çıxa biliblər. Oyunun 83-cü dəqiqəsində K.Ronaldo dublunu rəsmiləşdirib. Bu qoldan üç dəqiqə sonra Marselo hesab arasındakı fərqi iki topa çatdırıb.

Beləliklə, matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər görüşü isə “Liverpul”un səfərdə “Porto”nun qonağı olmasıdır. Oyunun 25-ci dəqiqəsində qonaqlar Sadio Manenin qolu ilə hesabı açıblar. Bu qoldan dörd dəqiqə sonra Mohamed Salah ikinci qolu meydan sahiblərinin qapısından keçirib. Komandalar fasiləyə bu hesabla yollanıblar.

İkinci hissədə “Liverpul” hesab arasındakı fərqi üç topa çatdırıb. Matçın 53-cü dəqiqəsində S.Mane dubl edib. Oyunun 70-ci dəqiqəsində Roberto Firmino meydan sahiblərini dördüncü dəfə meydanın mərkəzinə dəvət edib - 0:4. İkinci hissənin sonlarında S.Mane yenidən diqqət mərkəzində olub. O, görüşün 85-ci dəqiqəsində özünün üçüncü komandasının beşinci qoluna imza atıb. Matç 0:5 hesabı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.