REGİONLAR


İtaliyalı alimlər Gəncə Dövlət Universitetinin qonağıdır

Gəncə, 15 fevral, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov İtaliyanın Ka Foskari Venesiya Universitetinin alimləri ilə görüşüb.

Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, italiyalı mütəxəssislər – Ka Foskari Venesiya Universitetində İTALS Dil laboratoriyasının müdiri, professor Qraziano Serragiotto və italyan dili üzrə mütəxəssis, professor Cüzeppe Maugeri fevralın 1-dən Gəncə Dövlət Universitetində italyan dilinin tədrisinə başlayıblar.

Rektor Yusif Yusibov italiyalı alimlərə Gəncə Dövlət Universiteti və bu ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri haqqında məlumat verib. Qeyd edib ki, beynəlxalq əlaqələrinin coğrafiyasını ildən–ilə genişləndirən universitet həm də İtaliyanın Ka Foskari Venesiya universiteti ilə qarşılıqlı faydalı əməkdaşlıq qurub.

Professor Qraziano Serragiotto Gəncə Dövlət Universitetində keçirdiyi ilk günlərinin təəssüratını bölüşüb, yaradılmış şəraitdən razılığını bildirib.

Görüşdə iki universitet arasında elm və təhsil əlaqələrinin daha da genişləndirilməsi, həmçinin yeni layihələr üzərində əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, fevralın 18-də yekunlaşacaq iki həftəlik intensiv kursdan sonra keçiriləcək imtahanda uğur qazananlar Ka Foskari Venesiya Universitetində yenidən dil hazırlığı kurslarında iştirak edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.