DÜNYA


Mexikonun zəlzələ nəticəsində işıqsız qalan rayonlarına 18 min polis göndərilib

Bakı, 17 fevral, AZƏRTAC

Meksika paytaxtının hakimiyyət orqanları güclü zəlzələdən sonra şəhərin elektrik enerjisi kəsilmiş bir neçə rayonuna 18 min polis əməkdaşı göndərib.

AZƏRTAC xəbər verir ki, Televisa telekanalının yaydığı məlumata görə, polislər vətəndaşların təhlükəsizliyini təmin edəcək və küçələrdə keşik çəkəcəklər. Onlar elektrik təchizatı və yollarda hərəkət bərpa olunanadək burada qalacaqlar.

Mexiko şəhərinin meri Migel Anxel Manyera bir qədər əvvəl mətbuat konfransında bildirib ki, meqapolisdə vəziyyət tam normallaşıb, zərər çəkən yoxdur. Təmir briqadaları işıqsız qalmış rayonlara elektrik enerjisi verilişini bərpa edirlər.

Xatırladaq ki, dünən ölkənin cənubunda yerləşən Oaxaca ştatının Pinotepa-Nacional şəhərindən 11 kilometr aralıda 7,2 bal gücündə zəlzələ olub. Bundan sonra 225 təkrar təkan qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.