Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycanda aqrar sektorun yeni siması formalaşıb

Kənd Təsərrüfatı Nazirliyinin geniş kollegiya iclasında aqrar sahədə qazanılan uğurlar və qarşıda duran vəzifələr müzakirə olunub

Bakı, 17 fevral, Ceyhun Rüstəmov, AZƏRTAC

Son illər ölkəmizdə kənd təsərrüfatının inkişafında dönüş mərhələsi olub, aqrar sektorun yeni siması formalaşıb. Bütün sahələr üzrə inkişaf təmin edilib, ixrac artıb, ümumi daxili məhsul istehsalında aqrar məhsulların xüsusi çəkisi yüksəlib. Kənd Təsərrüfatı Nazirliyinin, onun bölmələrinin yeni strukturu formalaşıb, maddi-texniki baza yenilənib, texniki təminat gücləndirilib, insan resurslarından səmərəli istifadə sahəsində mühüm addımlar atılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icrasının təmin edilməsi ilə bağlı keçirilən geniş kollegiya iclasında danışıb.

Ayrı-ayrı sahələr üzrə görülən işlərdən bəhs edən Heydər Əsədov bildirib ki, keçən il ölkəyə 10 mindən çox kənd təsərrüfatı texnikası gətirilib. Aqrar sahənin texniki təminatının yüksəldilməsi üçün müvafiq tədbirlər görülüb və bu il də kifayət qədər vəsait ayrılıb. “Tələb olunan texnikalar vaxtında gətirilməli və kənd təsərrüfatı sahələrinin heç biri texniki təminat baxımından çətinlik çəkməməlidir. İlk növbədə, pambıqçılığın inkişafı ilə əlaqədar olaraq kombaynların gətirilməsi qarşıya əsas vəzifə kimi qoyulub. Bundan başqa, 120 ədəd “Nyu Holland”, 50 ədəd “SAMPO” və 25 ədəd “Klass” markalı taxılyığan kombaynların gətirilməsi ilə bağlı müqavilələr bağlanılıb. Aprel ayından etibarən yeni texnikaların gətirilməsinə başlanılacaq”, - deyə nazir diqqətə çatdırıb.

2016-cı ildə ölkəyə 1,6 milyon, keçən il isə təxminən 1,2 milyon ton taxıl idxal olunduğunu deyən Heydər Əsədov qeyd edib ki, taxıl idxalına təxminən 227 milyon valyuta xərclənir: “Bu, böyük rəqəmdir. Araşdırmalar göstərir ki, idxal olunan taxılın təxminən 37 faizi 1-3-cü sinif taxıl sortlarıdır. Bu sinif taxılın ölkəmizdə yetişdirilməsi bir sıra amillər - hava, çıxışın normal səviyyədə alınmaması və digər səbəblərdən çətinlik törədir. Lakin digər növ taxıllar texniki təyinatlıdır. Bunu özümüz də asanlıqla istehsal edə bilərik. Bu işin təşkili, texniki təminatı üçün müəyyən işlər görülüb. Lakin texnikaların gətirilib yerlərə paylanması işin cüzi bir hissəsidir. “Aqrolizinq”in rəhbərliyindən və onun yerli qurumlarından tələb olunur ki, texnikaların, o cümlədən taxıl kombaynlarının düzgün mədaxili məsələsinə xüsusi diqqət yetirsinlər. Maşın sınaq stansiyaları bu işə cəlb olunmalı, hər bir maşın sınaqdan keçirilməli, diqqətlə yoxlanılmalı, aidiyyətə yerlərə göndərilməlidir. Mövcud texnikalar vaxtında təmir olunmalıdır ki, taxıl biçini başlanarkən ən kiçik problemlə belə qarşılaşmayaq. Texnikanın idarə edilməsində sürücülər müəyyən çətinliklər çəkirlər. Bu maşınlar kimlərə verilibsə, yaxud veriləcəksə, indidən treninqlər, kurslar təşkil edilməlidir”.

Heydər Əsədov vurğulayıb ki, pambıqyığan maşınların alınması üçün də müqavilə bağlanıb və ölkəyə 100 ədəd kombayn gətiriləcək. Keçən il pambıq yığımı mövsümünə çatdırılması mümkün olmayan 69 kombayn da respublikaya gətirilib. Əkinə gəldikdə isə, bu il təxminən 140 min hektarda çiyid səpilməsi planlaşdırılır.

Bildirilib ki, Gəncə Avtomobil Zavodu ilə əməkdaşlıq çərçivəsində 1000-dən çox traktorun alınmasına dair müqavilə bağlanıb. Həmin traktorlar üçün 2000-dən çox texnika, o cümlədən 700 ədəd qoşqunun sifariş verilməsi on gün ərzində təmin olunmalıdır. Bir sözlə, pambıq istehsalının təşkili üçün mütəşəkkil iş aparılmalıdır.

Güzəştli şərtlərlə satılan gübrənin həcminin artırılacağını deyən Heydər Əsədov qeyd edib ki, hazırda 100 manat dəyərində gübrə güzəştlə satılırsa, bu, 150 manatadək artırılacaq. Bununla bağlı aidiyyəti qurumlara təkliflər göndərilib.

Şəkər çuğunduru əkininə xüsusi önəm verildiyini vurğulayan Heydər Əsədov bildirib ki, 2016-cı il 7 min hektarda şəkər çuğunduru əkilmişdi. Keçən il isə çuğundur əkini 14 min hektara çatdırıldı. Bu sahənin inkişafı üçün kifayət qədər vəsait ayrılıb, yeni texnikalar gətirilib. Əlavə hansı texnikalara ehtiyac olduğu araşdırılmalı və gətirilməsi təmin edilməlidir.

Bitkiçilikdə ənənəvi sahələrdən biri də çəltikçilikdir. Bu sahənin inkişafına dair Dövlət Proqramının təsdiqləndiyini diqqətə çatdıran nazir deyib: “2017-ci ildə düyü alınmasına 36 milyon dollar vəsait xərclənib. Halbuki çəltikçilik Azərbaycanda ənənəvi sahələrdəndir. Ölkədə düyüyə tələbat 40 min tondur. Dövlət Proqramına əsasən bu həcmdə istehsalı 2025-ci ilədək təmin etməliyik. Bu sahədə Cənubi Koreya təcrübəsi öyrənilməli, yeni texnikalar alınmalıdır”.

Baramaçılığın inkişaf etdirilməsinin prioritet sahələrdən olduğunu vurğulayan Heydər Əsədov məlumat verib ki, bir neçə il əvvələdək ölkədə çox cüzi miqdarda barama istehsal olunurdu. Prezidentin tapşırığından sonra bu sahəyə diqqət artırıldı və keçən il 245 ton barama əldə edildi. Bu il isə 400 ton barama istehsalı planlaşdırılır. Baramaçılığa dair Dövlət Proqramında hədəf 6 min tondur. Bu sahənin inkişafı ilə əlaqədar Çin mütəxəssislərinin iştirakı ilə tinglər gətirilərək əkildi. İlin sonunadək daha 3 milyon ting əkilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də öz xətti ilə tinglərin əkinini həyata keçirir. Bütün bunlar baramaçılığın yem bazasının təşkilində mühüm rol oynayacaq.

Prezident İlham Əliyevin bu günlərdə sitrus meyvəçiliyinin inkişafı ilə bağlı Dövlət Proqramını təsdiqlədiyini qeyd edən Heydər Əsədov bildirib ki, ötən il sitrus meyvələrinin idxalına 16,9 milyon dollar vəsait xərclənib. Bu sahənin inkişafı üçün ölkəmizdə əlverişli şərait var. Azərbaycanda istehsal olunan məhsullar keyfiyyətinə görə idxal olunanlardan üstündür. Odur ki, sitrus bağlarının sahəsi xeyli artırılmalı, lazımi texnikalar gətirilməlidir.

Heyvandarlıq sahəsində görülən işlərdən də danışan nazir deyib: “Prezident İlham Əliyevin tapşırığı ilə bu il 10 min baş damazlıq heyvan alınmalıdır. Bu zərurət nədən irəli gəlir? Təkcə keçən il kərə yağının alınmasına 67 milyon, pendirə 20 milyondan çox valyuta xərclənib. Halbuki heyvandarlıqda işi düzgün təşkil etsək, həm valyuta ölkədə qalar, həm də məşğulluq artar. Ona görə də böyük miqdarda vəsait ayrılır ki, damazlıq heyvanları alıb gətirək. Düzdür, maldarlığın təşkili, onun idarə olunması çətin işdir. Lakin qarşıya vəzifə qoyulub və onu həll etməliyik. Buna nail olmağın üç yolu var: süni mayalanma, cins heyvanlar gətirilməsi və embrion köçürülməsi. Süni mayalanma işi təşkil olunub, doğulan hər buzova görə 100 manat subsidiya verilir. Ötən il süni mayalanma yolu ilə 52 min baş damazlıq buzov alınıb. İdxala gəldikdə, burada bir sıra problemlər var. Bəzən heyvan fermerə təhvil verildikdən sonra tələf olur. Bunun əsas səbəbi heyvanların düzgün yemləndirilməməsidir. Tələfat hallarının qarşısını almaq üçün cins heyvanın yem rasionu tərtib olunmalı, qulluq cədvəli hazırlanmalı, fermer bu barədə məlumatlandırılmalıdır. Yerlərdə cins heyvanların hansı səbəbdən tələf olması araşdırılacaq və lazımi tədbirlər görüləcək. Embrion köçürülmələrinin təşkili istiqamətində də iş aparılır, mexanizmlər öyrənilir. Yəqin ki, növbəti ildə embrion köçürülməsinin təşkilinə başlamaq mümkün olacaq”.

Nazir Heydər Əsədov çıxışında seleksiya işlərinə, eləcə də toxumçuluğun, tingçiliyin inkişafına ciddi fikir verilməsinin vacibliyini vurğulayıb, elmi-tədqiqat institutlarının bu istiqamətdə fəaliyyətinin qaneedici olmadığını diqqətə çatdırıb və müvafiq qurumların rəhbərlərinə işlərində dönüş yaratmağı tapşırıb. Eyni zamanda, taxılçılıq və heyvandarlıqla bağlı Dövlət proqramlarının hazırlanması ilə bağlı tapşırıqlar verib.

Sonra kadr-hüquq şöbəsinin rəisi Xudayət Həsənli, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov və başqaları çıxış edərək, aqrar sahənin kadr potensialından, ixtisaslı kadrların yetişdirilməsindən, Aqrar Universitetdə tələbələr üçün yaradılan şəraitdən, təhsilin səviyyəsinin yüksəldilməsindən, bitkiçilikdə, baramaçılıqda, eləcə də digər sahələrdə əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışıb, problemlərin həlli yollarından bəhs ediblər.

Kollegiya iclasında aqrar-sənaye kompleksinin inkişafında dövlətimizin başçısının tapşırıqlarının icrasına dair Kənd Təsərrüfatı Nazirliyi üzrə Tədbirlər Planı təsdiq olunub.

Sonda nazir Heydər Əsədov “Aqrolizinq” ASC-nin regional nümayəndəliklərinin və rayon bölmələrinin fəaliyyət mexanizminin təkmilləşdirilməsinin, qarşıdakı taxıl yığımı kampaniyasının mütəşəkkil keçirilməsi məqsədilə taxılyığan kombaynların dislokasiya planının hazırlanmasının, pambığın becərilməsində aqrotexniki tədbirlərin vaxtında yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Heydər Əsədov rayonlarda aidiyyəti struktur bölmələrinin koordinasiyasının gücləndirilməsi, fəaliyyətlərində operativliyin təmin olunması və qarşıda duran vəzifələr barədə rayon kənd təsərrüfatı idarələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib VİDEO

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub VİDEO

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir