Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Milli səhiyyə: çətin yolun başlanğıcı

Bakı, 23 fevral, AZƏRTAC

1918-ci il, mayın 28-i... Həmin gün Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsi qəbul edilib. İyunun 16-da isə hökumət Gəncəyə köçüb və ayın 21-də Azərbaycan Respublikasının dövlət bayrağı haqqında qərar təsdiqlənib. İlk vaxtlar qırmızı, üzərində ağ rəngli səkkizguşəli ulduz və aypara təsviri olan bayraq, noyabrın 9-da üçrəngli, səkkizguşəli ulduz və aypara təsviri olan dövlət bayrağımız kimi təsdiqlənib. Beləliklə, xalqımızın həyatının ən unudulmaz səhifələrini təşkil edən istiqlal günləri başlanıb.

AZƏRTAC xəbər verir ki, milli hökumətin verdiyi ilk qərarlarından biri də həmin il iyunun 17-də Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar olub. Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri vəzifəsinə Xarkov Universitetinin tibb fakültəsinin məzunu, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edilib.

1918-ci ildə “Azərbaycan” qəzetinin nömrələrindən birində yazılmışdı: “Şəhər tibb–sanitar təşkilatları bu ağır vəziyyətin öhdəsindən gələ bilmir, çünki xəstələr o qədər çoxdur ki, yeni xəstələrin qəbulu dayandırılıb”.

Nazirlik öz fəaliyyətinə belə çətin şəraitdə başlayıb. Həmin illərdə səhiyyənin vəziyyəti olduqca bərbad idi. Mövcud müalicə ocaqlarının əksəriyyətində avadanlıqlar çatışmırdı, su və kanalizasiya sistemləri sıradan çıxmışdı, binalarda təcili təmir işlərinə kəskin ehtiyac duyulurdu.

Yeni yaranan nazirlik, şəhər və məhkəmə tibbi, tibbi statistika, əczaçılıq, kənd səhiyyəsi, baytarlıq və sanitariya şöbələrindən ibarət olub. Nazirliyin fəaliyyətə başlaması ilə ölkədə əhaliyə dövlət hesabına pulsuz tibbi xidmət göstərilib, yeni xəstəxanalar, tibb məntəqələri açılıb, dərman anbarları, laboratoriya binaları tikilib, lazımi avadanlıqlar alınıb.

Xalq Cümhuriyyəti yarandığı ilk gündən səhiyyənin inkişafını sürətləndirmək üçün tədbirlər görülüb. Əhaliyə göstərilən tibbi xidməti yaxşılaşdırmaq, epidemiyalara qarşı mübarizəni gücləndirmək üçün planlar hazırlanıb, qərarlar qəbul edilib. 1918-ci ildə hökumət “Ana və uşaqların sağlamlığının mühafizəsi” haqqında qərar qəbul edib. Bununla yanaşı, həmin illərdə Azərbaycanda epidemiyalarla mübarizənin gücləndirilməsi, qəzalarda tibbi xidmətin yaxşılaşdırılması onların ixtisaslı kadrlarla və dərmanlarla təmin olunması məsələsi də diqqət mərkəzində olub.

ADR hökumətinin xüsusi diqqət yetirdiyi sahələrdən biri də milli tibbi kadrların hazırlanması idi. Parlament 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qərar qəbul edib. Universitet tarix-filologiya və tibb fakültələrindən ibarət olub. Universitetinin ilk rektoru, görkəmli cərrah, professor Vasili Razumovski və tibb fakültəsinin ilk dekanı rofessor İvan Şirokoqorovun səyi ilə ölkədə olan ən yaxşı tibb kadrlar universitetdə işləməyə cəlb edilib. 1920-ci ildə universitetdə ümumi cərrahlıq və əczaçılıq kafedraları yaradılıb.

Həmin illərdə hökumət ölkənin ən müxtəlif sahələr üzrə kadr ehtiyacını nəzərə alaraq 100 tələbəni xarici ölkələrdə dövlət hesabına təhsil almağa göndərib. Onların arasında 6 tələbə həkim kadrlarına olan ehtiyacı ödəmək üçün Almaniya, Fransa və İngiltərədə təhsil alıb.

Arxiv sənədlərindən əldə olunan məlumata görə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəzalarda 33 xəstəxana fəaliyyət göstərib və onların ştatları 1 həkim, 2 feldşer, 1 mamaça və çiçəyə qarşı peyvənd edən 1 işçidən ibarət olub. Kəndlərdə pulsuz olaraq ambulator xidmət göstərilib. Mövcud kənd xəstəxanalarının və feldşer məntəqələrinin başlıca vəzifələri yoluxucu xəstələrin hospitallaşdırılması, xəstəlik ocaqlarının zərərsizləşdirilməsi olub. O vaxtlar respublika əhalisinin hər 75 min nəfərinə cəmi 1 ixtisaslı həkim düşürdü. Parlament vəziyyəti nəzərə alaraq, 1920-ci ildə kənd xəstəxanaları şəbəkələrini genişləndirmək və bu məqsədlə 35 yeni xəstəxana və 56 feldşer məntəqəsi təşkil etmək barədə qərar qəbul edərək bunun üçün 43 milyon 321 min 950 manat vəsait ayırıb. Həmin qərara əsasən Bakı quberniyasında 19 xəstəxana, 27 feldşer məntəqəsi, Gəncə quberniyasında 15 xəstəxana, 34 feldşer məntəqəsi, Zaqatala rayonunda 1 xəstəxana, 2 feldşer məntəqəsi açılması nəzərdə tutulub. Səhiyyənin dərman preparatları ilə düzgün təminatı tibbi-sağlamlıq işinin başlıca cəhətlərindən biri olduğuna görə həmin dövrdə nazirliyinin əczaçılıq şöbəsi dərman preparatlarının alınması öz əlində cəmləşdirib.

Həmin illərdə əksər səhiyyə infrastrukturun fəaliyyəti qaydaya salınıb, Bakı, Gəncə, Şuşa, Lənkəran şəhərlərində pulsuz dövlət xəstəxanaları açılıb. Şuşa şəhər xəstəxanası üçün 1 milyon 746 min 400 manat vəsait ayrılıb və həmin vəsait hesabına xəstəxanalar genişləndirilib, çarpayıların sayı 40-dan 100-ə çatdırılıb. Gəncə quberniyasının Ərəş qəzasının Ağdaş və Xaldan kəndlərində xəstəxanalar, Qocalı və Qayabaşı kəndlərində tibb məntəqələri təşkil edilib. Bir qədər sonra ermənilərin dağıtdığı həmin məntəqə Yuxarı Qarxun kəndinə köçürülüb. Ləki stansiyasında xəstəxana təşkil edilib, malyariyanın ən çox yayıldığı Pirqulu zonasındakı Kotavan kəndində isə feldşer məntəqəsi açılıb. Cəbrayıl qəzasının Qaryagin, Horadiz və Cəbrayıl kəndlərində xəstəxana və onların nəzdində feldşer məntəqələri yaradılıb. Daşkəsən, Böyük Bəhmənli və Sultanlı kəndlərində də səhiyyə müəssisələri açılması barədə qərar çıxarılıb. Cavanşir qəzasının Bərdə və Tərtər kəndlərində xəstəxanalar, Vəng və Kəlbəcər kəndlərində həkim məntəqələri təşkil edilib.

1920-ci ildə tibbi xidməti yaxşılaşdırmaq üçün Lənkəran İctimai İdarəsinə 781,5 min manat, 15 çarpayılıq xəstəxana üçün Quba İctimai İdarəsinə 300 manat vəsait ayrılıb. Ümumiyyətlə, səhiyyə problemlərinin aradan qaldırılması üçün 7083500 manat ayrılıb, onun 3576558 manatı epidemiyalarla mübarizə tədbirlərinə sərf olunub. Həmin il Qızıl Aypara Cəmiyyəti yaradılıb, mama-ginekologiya, sinir və ruhi xəstəliklər, eləcə də burun-boğaz-qulaq xəstəlikləri klinikaları açılıb.

Bakıda dövlət apteki və onun nəzdində dərmanların, bakterioloji preparatların, müalicə zərdablarının hazırlanması və tibbi-məhkəmə müayinələrinin aparılması üçün analitik laboratoriya təşkil olunub. Səhiyyə tibb ocaqların dərman preparatları və tibb alətləri ilə vaxtında düzgün təmin etmək məqsədilə mərkəzi anbar təşkil edilib. Bakıda yeni şəhər ambulatoriyaları, 9 aptek işə başlayaraq xəstələrə pulsuz xidmət göstərib.

Azərbaycan Xalq Cümhuriyyəti özünün 23 aylıq fəaliyyəti dövründə səhiyyə sahəsində çox böyük işlər görüb, əhalinin sağlamlığı, yoluxucu xəstəliklərdən xilas olması üçün çox ciddi tədbirlər görüb və Sonrakı illərdə həyata keçirilən bir sıra işlərin bünövrəsini qoyub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək