İDMAN


İddiaçılar Turniri: Şəhriyar Məmmədyarov 6-cı turda Rusiya təmsilçisi üzərində qələbə qazanıb

Bakı, 16 mart, AZƏRTAC

Berlində şahmat üzrə İddiaçılar Turnirinin altıncı turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Vladimir Kramnik ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, şahmatçımız rusiyalı idmançı üzərində qələbə qazanıb.

Altı turdan sonra Fabiano Karuana və Şəhriyar Məmmədyarov 4 xalla 1-2-ci pillələrdə qərarlaşıb. Hesablarında 3 xal olan V.Kramnik, A.Qrişuk və L.Dinq 3-5-ci yerləri bölüşürlər. U.So və L.Aronyan 2.5 xalla 6-7-ci yerdədirlər. Cəmi 2 xal qazanmış S.Karyakin isə sonuncu - 8-ci yerdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.