SİYASƏT
Oleq Ponomar: Azərbaycandakı sabit ictimai-siyasi mühit seçkilərin şəffaf keçirilməsini şərtləndirir
Bakı, 23 mart, AZƏRTAC
Azərbaycandakı seçki sistemi ölkənin demokratik siyasi sisteminə uyğundur.
AZƏRTAC xəbər verir ki, bu fikri seckhi-2018.az saytına açıqlamasında ukraynalı siyasi şərhçi Oleq Ponomar deyib. O bildirib ki, bu gün Azərbaycanda sabit ictimai-siyasi mühit, demokratik cəmiyyət mövcuddur. Bu da seçkilərin ədalətli və şəffaf keçirilməsini şərtləndirir.
“Biz 11 aprel prezident seçkilərində Azərbaycan xalqının doğru seçim edəcəyinə inanırıq və onun seçiminə hörmətlə yanaşacağıq”, - deyə siyasi şərhçi vurğulayıb.
Azərbaycanın Ukrayna üçün vacib tərəfdaş olduğunu qeyd edən O.Ponomar əlavə edib ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində rəsmi Bakını dəstəkləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:37]
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
- 24.04.2024 [17:25]