SİYASƏT
Haluk İpək: Prezident seçkiləri yüksək səviyyədə keçirildi
Bakı, 11 aprel, AZƏRTAC
Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirildi. Bütün namizədlərə bərabər şərait yaradılmışdı. Müşahidələr zamanı heç bir hüquq pozuntusu qeydə alınmadı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri TURKPA müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Haluk İpək mətbuat konfransında bildirib. Haluk İpək qeyd edib ki, seçki müşahidələri Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində də aparılıb. Min məntəqədə veb-kameraların quraşdırıldığını deyən müşahidə missiyasının rəhbəri əlil və görmə qabiliyyətini itirmiş şəxslərin də seçki hüquqlarından istifadə etmələrinə şərait yaradıldığını bildirib. O qeyd edib ki, seçkilər yüksək səviyyədə keçirilib. Seçki prosesini MSK-nın veb-saytından onlayn formada izləmək mümkün olub. Qonaq ümumilikdə bütün prosesin öz qaydasında getdiyini vurğulayıb.