REGİONLAR


Muxtar respublikada sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilib

Naxçıvan, 17 aprel, AZƏRTAC

Bu ilin birinci rübündə muxtar respublikada avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi üçün bir sıra tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu dövrdə daşımalarla məşğul olan hüquqi və fiziki şəxslərin maarifləndirilməsi işi genişləndirilib, ayda bir dəfə Naxçıvan Avtobus Parkında sərnişin daşımalarını yerinə yetirən sahibkarların və sürücülərin iştirakı ilə seminar-müşavirə keçirilib.

Nazirlik tərəfindən şəhərdaxili nəqliyyatın intensiv və keyfiyyətli fəaliyyətini təmin etmək, 2017-2018-ci illərin payız-qış mövsümünü uğurla başa vurmaq üçün Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin fəaliyyəti daim nəzarətdə saxlanılıb.

Muxtar respublikadan Türkiyənin müxtəlif şəhərlərinə avtobus marşrutlarının fəaliyyəti davam etdirilib, hər gün iki reys olmaqla, Naxçıvan-İğdır və əks-istiqamətdə sərnişindaşıma həyata keçirilib. 2018-ci ilin birinci rübündə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə Naxçıvandan Bakıya 3 min 254, Bakıdan Naxçıvana isə 3 min 318 sərnişin daşınıb.

Sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilib, rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilib, sərhəd kəndlərinə və ucqar dağ kəndlərinə işləyən marşrut avtobuslarının fəaliyyəti xüsusi nəzarətdə saxlanılıb. Həmçinin taksi və avtobus sürücülərinin muzeylərə ekskursiyaları təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.