Azərbaycan Dövlət İnformasiya Agentliyi

CÜMHURİYYƏT - 100

Moskvada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan elmi-praktik konfrans keçirilib

Moskva, 19 aprel, AZƏRTAC

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) tarix fakültəsində “Rus inqilabı və Azərbaycan Xalq Cümhuriyyətinin tarixi: 100 ildən sonra baxış” mövzusunda elmi-praktik konfrans təşkil olunub. Konfrans MDU-nun tarix fakültəsinin, Azərbaycanın Rusiyadakı səfirliyinin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib.

Konfransın aparıcısı, tarix elmləri namizədi, MDU-nun yaxın xarici ölkələr kafedrasının dosenti İsmail Ağakişiyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixindən danışıb. O, görüş iştirakçılarının Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin Azərbaycan dövlətçiliyinin formalaşmasında rolu, rus inqilabı, Cümhuriyyət dövründə təhsil, Cənubi Qafqaz, Azərbaycan ziyalılarının formalaşmasında Rusiya təhsili və digər mövzuları müzakirə edəcəklərini diqqətə çatdırıb.

Tarix fakültəsinin dekanı İvan Tuçkov AXC-nin yaradılmasını tarixdə önəmli hadisə adlandıraraq bildirib ki, 1917-ci il inqilabı tarixin gedişini dəyişib. O, nə qədər faciəvi olsa da, XX əsrin əvvəllərində baş vermiş hadisələrin ətraflı öyrənilməsinin vacibliyini vurğulayıb, AXC-nin Azərbaycan Respublikasının formalaşmasının bütün mərhələlərinə təsir etdiyini qeyd edib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbirdən əvvəl M.V.Lomonosov adına MDU-nun rektoru Viktor Sadovniçi ilə görüşdüyünü qeyd edərək bildirib ki, universitetin rektoru Prezident İlham Əliyevin yenidən Azərbaycan dövlətinin başçısı seçilməsi münasibətilə təbriklərini çatdırıb, ölkələrimiz arasında əlaqələrin bundan sonra da sürətlə inkişaf edəcəyinə əminliyini ifadə edib. Səfir deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev AXC-nin 100 illiyinin qeyd olunması barədə Sərəncam imzalayıb və bugünkü tədbir həmin Sərəncam çərçivəsində keçirilən ilk tədbirdir.

Azərbaycan ilə Rusiya arasında əlaqələrin tarixinin 200 ildən çox bir dövrü əhatə etdiyini bildirən diplomat deyib ki, Yaxın Şərqdə ilk demokratik respublikanın yaradılması böyük hadisədir. XIX əsrin axırları və XX əsrin əvvəllərində Bakıda neft bumu müşahidə olunurdu. Təkcə Rusiyadan deyil, Avropadan da buraya mühəndislər, həkimlər, müəllimlər gəlirdilər. Bütün bunlar Azərbaycanda azadlıq, demokratiya ideyalarının formalaşmasına şərait yaradırdı. Təsadüfi deyil ki, Rusiya imperiyasının birinci və ikinci çağırış parlamentində - Dumada Azərbaycan nümayəndələri də seçilmişdilər, türk qrupunun rəhbəri isə Əlimərdan Topçubaşov idi.

Səfir vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövləti AXC-nin hüquqi və mənəvi varisidir. AXC-nin yaradıcıları olduqca mürəkkəb vəziyyətdə dövlət qura və az müddət – 23 ay fəaliyyət göstərmələrinə baxmayaraq, ölkəmiz və demokratiyanın inkişafı üçün böyük işlər görüblər.

Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda ilk demokratik respublika qurucularının xatirəsinin daim ehtiramla anıldığını bildirərək qeyd edib ki, AXC-dən danışarkən “ilk” sözü tez-tez işlənir. Bu, həm Şərqdə ilk demokratik respublika, həm Azərbaycanın ilk ordusu, himni, parlamenti və s. ilə bağlıdır. Nazir müavini, həmçinin xatırladıb ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri ağır cinayətlərin araşdırılması üçün ilk Fövqəladə İstintaq Komissiyasının yaradılması da AXC-nin adı ilə bağlıdır. Azərbaycan xalqının həmişə dinc yanaşı yaşama prinsipini üstün tutduğunu vurğulayan nazir müavini ölkəmizdə multikulturalizm siyasəti və ənənələrindən danışıb. O vurğulayıb ki, Azərbaycanda bütün tarixi abidələr, o cümlədən Bakının mərkəzindəki erməni kilsəsi dövlət tərəfindən qorunub saxlanılır.

F.Qurbanov 1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilmiş mart qırğınları zamanı ən böyük qırğının Şamaxı Cümə məscidində baş verməsindən və Prezident İlham Əliyevin tapşırığı ilə məscidin yenidən qurulmasından danışıb. Nazir müavini Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əlaqələrdən, Azərbaycanda rus dili və mədəniyyətinə qayğıdan da söhbət açıb.

Tarix fakültəsinin dekan müavini Oksana Solopova AXC-nin yarandığı dövrdə bir çox Azərbaycan ziyalılarının Rusiyanın müxtəlif ali məktəblərində təhsil aldıqlarını və ölkənin elmi, mədəni, siyasi həyatında mühüm rol oynadıqlarını bildirib. O, müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında AXC-nin təcrübəsinin əhəmiyyətindən danışıb.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi Fərhad Cabbarov bu il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu qeyd edərək, Azərbaycan və Rusiya alimlərinin sıx əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb. Alim Cənubi Qafqazda millətlərarası və etnoslararası münaqişələrin tarixinin öyrənilməsində Rusiya alimləri ilə əməkdaşlığın vacibliyini də diqqətə çatdırıb.

Tədbirdə sovet və Azərbaycan diplomatı, Azərbaycan emiqrasiyasının tədqiqatçısı Ramiz Abutalıbov, AMEA Tarix İnstitutunun şöbə müdiri İlqar Niftəliyev və başqaları da çıxış ediblər.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilmiş “1919-1940-cı illər Paris arxivi” dördcildliyinin təqdimatı olub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Bakıda kəmər güləşi üzrə III Avropa çempionatı ilə əlaqədar görüş keçirilib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədəki terror hücumunu kəskin pisləyib

Güclü yağış səbəbindən Beyləqan rayonunun Əhmədli və Aşağı Çəmənli kəndlərində bəzi evləri su basıb

Milli Məclisin sədr müavini Adil Əliyev: Böyük Qayıdış Proqramı uğurla icra edilir

ADY: Dəllər stansiyasında sərnişindaşıma bərpa olundu

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı VİDEO

Çində “Qızıl həftə”də 900 milyona yaxın səfər gözlənilir

Beynəlxalq Astronavtika Konqresi çərçivəsində STEAM müəllimləri üçün seminar keçirilib

Komitə sədri: Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi Azərbaycanın iqtisadi imkanlarını artıracaq

FIDE-nin reytinq cədvəli: Nicat Abasov bir pillə irəliləyib

Murtuza Bülbül: Azərbaycan musiqisinin bütün dünyada səslənməsi mənim üçün qürurvericidir

Yüksək dağlıq ərazilərdə sulu qar və qar yağacaq

® “SAB” qanvermə aksiyası keçirib

Animatorların İnkişaf Proqramına qəbul başlayıb

II Azərbaycan Milli Şəhərsalma Forumu işini yekunlaşdırdı

® Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində fəaliyyətdədir

Xankəndi şəhəri ərazisində xeyli sayda tələ qurğular, silah-sursat aşkarlanıb

Dominik Tilmans: Kosmos bizə müxtəlif sahələrdə monitorinqlər aparmağa imkan verir

® “Nar” şəbəkəsi Xankəndi şəhərində

Xankəndidə tibbi işin təşkili ilə bağlı tədbirlər görülür VİDEO

Şirvanda şəhid Asif Qəribovun xatirəsi anılıb

Leyla Abdullayeva: Yalan çıxışlara son qoymağın vaxtıdır

Baş prokuror: Ermənistanın kütləvi məzarlıqlarla bağı verdiyi məlumatlar dəqiq olmur

İlqar İsbatov: Xocalıda mövcud vəziyyət öyrənildikdən sonra şəhərin planı hazırlanacaq

Azərbaycan dövləti İrpendə poliklinikanın təmirini öz üzərinə götürüb

”Smer” Slovakiyada keçirilən parlament seçkilərində qalib gəlib

2-ci Milli Şəhərsalma Forumu çərçivəsində TDT-yə üzv ölkələrin nazirlərinin dəyirmi masası təşkil edilib

Yeni işğaldan azad edilmiş ərazilərdə gələcəkdə prokurorluq binalarının inşası təmin ediləcək

“Baykar” Ukraynaya 100 milyon dollar həcmində sərmayə qoyur

Fuad Aslanov: Azərbaycan kosmos sahəsində qlobal miqyasda bir sıra mühüm təşəbbüslərlə çıxış edir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabahdan Bakıda arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayır

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Türkiyə DİN-in Təhlükəsizlik Baş İdarəsinə terror hücumu olub, iki nəfər yaralanıb YENİLƏNİB VİDEO

Şəhid olan hərbi qulluqçumuz Qusarda dəfn edilib

® Ağdərə və Xocalıdan sonra Xankəndi şəhəri də “Azercell” şəbəkəsi ilə əhatə olunub

Müasir şəhərlərdə miqrasiyanın idarə olunması əsas məsələlərdən biridir

Kamran Əliyev: Lokal antiterror tədbirlərindən sonra Azərbaycana qarşı cinayət törədən ermənilərin həbsi daha da sürətlənib VİDEO

Orqanizmin vərdiş etdiyi qida rasionundan qəfil imtina bir çox ciddi xəstəliklərə səbəb ola bilər

Ahmet Yozgatlıgil: Biz gələcək nəsillərə daha sabit bir dünya qoyub getməyə borcluyuq

Yardımlıda avtomobildən külli miqdarda narkotik vasitə aşkarlanıb

TÜRKSOY-un Baş katibi: TDT-nin üzvləri kosmos sahəsində birgə əməkdaşlığa böyük əhəmiyyət verir

IAF-ın sabiq prezidenti: Biz yeni kosmos erasına daxil oluruq

Oktyabrın 1-i Beynəlxalq Vegetarian Günüdür

IAF-ın prezidenti: Kosmos insanlar, xüsusilə gənclərimiz üçün maraq doğuran sahədir

Xüsusi müşavir: Kosmos bir çox mühüm məsələlərin həllində açar rolunu oynayır

Tahir Mirkişili: Ulu Öndərin 100 illiyində ölkəmizin Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi əlamətdar hadisədir

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib

IAF-ın Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısı Bakıda öz işinə başlayıb

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı

Bakıda soyuducu təmir sexində yanğın olub

Bu gün Beynəlxalq Ahıllar Günüdür

Dünyanın müxtəlif ölkələrindən Türkiyə məzunları Bakıda görüşüblər

Azərbaycan antiterror tədbirləri ilə ikinci dəfə hərb tarixinə öz adını yazdırdı- AÇIQLAMA

Bu gün DİM xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirir

Bu gündən taksi minik avtomobillərinin sürücülərinə dair yeni tələblər qüvvəyə minir

Ankara Dövlət Polifonik Xor kollektivi Cümhuriyyətin 100 illiyinə xüsusi əsərlər ifa edəcək

Türkiyədə bələdiyyə seçkiləri gələn ilin martında keçiriləcək

Bu gün Türkiyə Böyük Millət Məclisinin payız sessiyası işə başlayacaq

Yunanıstan ilə Türkiyə arasında körpünün tikintisinə 2024-cü ildə başlanacaq

Cari ilin sonunadək Kahramanmaraşda 9 mindən çox evin zəlzələdən zərərçəkənlərə verilməsi gözlənilir

Oktyabrın 1-dən taksiylə sərnişin daşımalarına dair yeni tələblər qüvvəyə minib

Slovakiyada keçirilən növbədənkənar parlament seçkilərində liberal Proqressiv Slovakiya partiyası liderdir

Ukraynanın üç bölgəsində hava hücumu xəbərdarlığı elan edilib

Dağıstanın Xutrax kəndində güclü yanğın nəticəsində səkkiz ev yararsız hala düşüb

Amasiyada sərnişin avtobusu aşdı: 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Zaqatalada partlayıcı maddənin partlaması nəticəsində Vətən müharibəsi iştirakçısı həlak olub

İsmayıllıda 65 yaşlı kişinin öldürülməsi ilə bağlı cinayət işi açılıb

Ağsuda 3 otaqlı ev yanıb

"Tottenhem" "Liverpul"a qalib gəlib, Mançester təmsilçiləri uduzublar

Əsl hünər qurmaq, tikmək, yaratmaqdır – Deputat

Türkiyə Superliqası: "Qalatasaray" doğma meydanda çətin qələbə qazanıb

Bakıda Azərbaycan-İsrail Erkən Təhsil və Valideynlik Forumu keçirilib

Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilir VİDEO

İtaliyada 177 nəfərin olduğu gəmi-bərəsində yanğın baş verib

Azərbaycan Premyer Liqası: "Səbail" - "Sabah" oyununda qalib müəyyənləşib

İsmayıllıda adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat – SİYAHI

“Göyçay ensiklopediyası” adlı kitabın təqdimatı olub

Azərbaycanın hərbi qulluqçusunun şəhid olması faktı ilə bağlı cinayət işi başlanılıb

Kuklaçılar Gəncədə

Bakı Beynəlxalq Astronavtika Konqresi keçiriləcəyi məkanlara mediatur təşkil olunub

Bolqarıstanda energetiklərin və mədənçilərin etirazları yollarda hərəkəti çətinləşdirib

Müraciətlərin bir portal vasitəsilə qəbulu erməniəsilli sakinlərimizin qeydiyyatına kömək edəcək - ŞƏRH

Ürək-damar cərrahı: Kəskin mədə ağrıları miokard infarktının da əlaməti ola bilər

Qars-Naxçıvan dəmir yolu region dövlətləri üçün də faydalı olacaq ŞƏRH

Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub VİDEO

XİN erməni radikal qruplaşmalarının ABŞ-da təşkil olunan konfransın iştirakçılarına qarşı hücumunu pisləyib

Premyer Liqa: “Neftçi” səfərdə “Turan Tovuz”a qalib gəlib

“Qarabağ” azarkeşlərinə “Hekken”lə oyun üçün 1800 bilet ayrılıb

Zəngilan şəhərindəki 4-cü yaşayış kompleksində 131 mənzil olacaq

Sumqayıt çimərliyinin 3 hektardan artıq sahil zolağı tullantılardan təmizlənib

Bu gün Bakının 547 küçəsi yuyulub

Oktyabrın birinci ongünlüyünün ilk yarısında hava qeyri-sabit olacaq

Mingəçevirdə tanışını ehtiyatsızlıqdan öldürməkdə şübhəli bilinən şəxs tutulub

Sevinc Fətəliyeva: Ermənistan öz gələcəyini düşünürsə, Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməlidir

Zəngilan kəndinə birinci mərhələdə 489 sakinin köçürülməsi üçün 127 fərdi ev tikiləcək

Tezliklə süni intellekt vasitəsilə beyin əməliyyatları aparılacaq

Kolin Gibson: “Qarabağ”ın bütün oyunlarını böyük maraqla izləyirəm

Bəzi bölgələrdə yağış, yüksək dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır