Xətai rayonunda hündürmərtəbəli binada baş verən yanğın məhdudlaşdırılıb VİDEO
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-də Bakının Xətai rayonu ərazisində, Yusif Səfərov küçəsində yerləşən hündürmərtəbəli binada baş verən yanğın məhdudlaşdırılıb.
AZƏRTAC-ın hadisə yerində olan müxbiri xəbər verir ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub. Yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yanğının baş verdiyi əraziyə gəlib.