Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Professor Nərgiz Paşayevanın Oksford Universitetinin Bodleyn Kitabxanasının direktoru Riçard Ovendenlə görüşü olub

Bakı, 1 may, AZƏRTAC

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın həqiqi üzvü, professor Nərgiz Paşayeva aprelin 23-də dünyanın ən qədim və zəngin kitab məbədlərindən sayılan Oksford Universitetinin Bodleyn Kitabxanasının (https://www.bodleian.ox.ac.uk) direktoru, Amerika Filosoflar Cəmiyyətinin üzvü, Londonun Antik Kitab və Nadir Əşyaların Qorunması Cəmiyyətinin üzvü Riçard Ovenden və Bodleyn Kitabxanasının inkişaf departamentinin rəhbəri Eleyn Gallagher ilə işgüzar görüş keçirib.

AZƏRTAC xəbər verir ki, Bodleyn Kitabxanasının rəhbəri Riçard Ovenden (https://www.bodleian.ox.ac.uk/about/management/biographies/richard-ovenden) 2015-ci ilin yazında Amerika Filosoflar Cəmiyyətinin illik yığıncağında bu quruma üzv seçilmiş 27 görkəmli elm, təhsil, mədəniyyət və ictimai xadimdən biridir. Corc Vaşinqton, Tomas Cefferson, XX əsrdə isə Albert Eynşteyn və Robert Frost kimi tanınmış şəxsiyyətlər bu Cəmiyyətin üzvləri olublar. Xatırladaq ki, Amerika Filosoflar Cəmiyyəti 1743-cü ildə Benjamin Franklin tərəfindən “faydalı məlumatları təbliğ etmək” məqsədilə yaradılıb və ABŞ-da ən qədim elmi cəmiyyətlərdəndir.

Riçard Ovenden Darem Universitetinin, Lordlar Palatasının, Edinburq Universitetinin kitabxanalarında və Şotlandiyanın Milli Kitabxanasında müxtəlif vəzifələrdə çalışıb. O, 2003-cü ildən Oksford Universitetinin Bodleyn Kitabxanasında fəaliyyətə başlayıb. 2011-2014-cü illərdə direktor müavini, 2014-cü ildən isə Bodleyn Kitabxanasının rəhbəri vəzifəsini tutur.

Qeyd edək ki, Oksfordda yerləşən və dünyanın ən böyük kitab məbədlərindən olan məşhur Bodleyn Kitabxanası beş böyük binada yerləşir və onun bir çox müxtəlif şöbələri var. Bodleyn Kitabxanası sahəsinə və ölçülərinə görə İngilis Kitab Depozitariyasından sonra ikincidir. Vatikan Kitabxanası ilə yanaşı, Oksford Universitetinin bu kitabxanası Avropanın ən qədim kitabxanasıdır. Maraqlıdır ki, Oksfordun məşhur Bodleyn Kitabxanasının əsası Tomas Bodli tərəfindən deyil, XIV əsrdə yepiskop Tomas Kobhem tərəfindən qoyulub. 1327-ci ildə Vuster yepiskopu Tomas Kobhem Oksford Universitetinin Müqəddəs Məryəm Kilsəsində kitabxana yaradıb. Buradakı ilk kitab kolleksiyası zəngin deyildi, lakin o zaman kitablar çox qiymətli olduğundan, tələbələr onları özləri ilə aparmağa çalışırdılar. Kobhem o dövr üçün adi hesab olunan bir təcrübəni tətbiq etməyi, yəni, kitabların rəflərə zəncirlənməsini təklif etdi. XV əsrin ortalarında Kral V Henrinin qardaşı Gloster hersoqu Hamfri kitabxanaya təxminən 300-ə yaxın qədim yazı və əlyazma hədiyyə etdi. Bundan sonra aydın oldu ki, kilsənin artıq bütün kitab kolleksiyalarını yerləşdirməyə imkanı çatmır və bu fondu yerləşdirmək üçün 1488-ci ildə yeni bir bina ayrıldı. Bu günə qədər bura hersoq Hamfri kitabxanası adlandırılır. Hersoq Hamfri Kitabxanası Bodleyn Kitabxanasının ən qədim oxu zallarından biridir. XVI əsrin sonunda kitabxana tamamilə bağlanmaq təhlükəsi ilə üzləşdi. Kral VI Edvard kitab kolleksiyalarını və hətta kitabxananın mebelini belə satmışdı. Kolleksiyada yalnız bir zamanlar Tomas Kobhem tərəfindən bağışlanan 3 cild qalmışdı. 1598-ci ildə kitabxananın dirçəlişi başlandı. Məhz o zaman Merton Kollecində yunan dilindən dərs demiş, Britaniya parlamentinin keçmiş üzvü, İngiltərənin sabiq Dövlət katibi Tomas Bodli kitabxananın inkişafına dəstək vermək təklifi ilə universitetin vitse-kanslerinə məktub yazdı. Ser Bodli kitab saxlanan binanı tamamilə yenidən qurdu, şəxsən bir neçə cildlik kitabları buraya hədiyyə etdi və 1602-ci ildə Bodleyn Kitabxanası Oksfordda rəsmən açıldı.

Bu gün Bodleyn Kitabxanasında təxminən 11 milyon kitab və yazı nüsxələri yer alıb (kitab rəflərinin ümumi uzunluğu 200 kilometrdən artıqdır). Oxu zallarında 400-dən çox kitabxanaçı oxuculara xidmət göstərir. Nadir və qədim nüsxələrin əksəriyyəti rəqəmsal elektron vasitələrində yerləşdirilib.

Oksford Universitetinin Bodleyn Kitabxanasının əsas binasında professor Nərgiz Paşayeva və kitabxananın direktoru Riçard Ovenden arasında keçirilən görüş zamanı akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə 2013-cü ildə Oksford Universitetinin bir struktur hissəsi kimi yaradılmış Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Elmi Mərkəzinin (https://www.orinst.ox.ac.uk/nizami-ganjavi-programme-study-languages-and-cultures-azerbaijan-and-caucasus) fəaliyyəti geniş müzakirə olunub. Mərkəzin elmi-akademik fəaliyyətinin əhəmiyyətindən söz açılıb, fundamental elmi araşdırmalar sahəsində görülmüş işlər və Nizami Gəncəvi Elmi Mərkəzinin gələcək planlarına dair fikirlər səslənib. Maraqlı və olduqca əhəmiyyətli keçən görüşün əsas məqsədi akademik Nərgiz Paşayeva tərəfindən irəli sürülmüş Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına Nizami Gəncəvinin adının verilməsi təklifinin müzakirəsi idi. Bu təklif Bodleyn Kitabxanasının rəhbərliyi tərəfindən müsbət qarşılandı və yaxın gələcəkdə onun həyata keçiriləcəyi qeyd olundu. Görüşdə bir daha vurğulandı ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına verilməsi böyük və dahi şəxsiyyətin humanizm, ümumbəşəri, insani ideyalarına, onun dərin fəlsəfəsi və yaradıcılığına verilən layiqli qiymətdir. Bu tarixi hadisə Nizami Gəncəvi Elmi Mərkəzinin son beş ildə Oksford Universitetinin bir hissəsi olaraq elmi-akademik, təhsil, arxeologiya və digər sahələrdəki gərgin əməyinin nəticəsi və təsdiqidir.

Görüşdə iştirak edən Oksford Universitetinin inkişaf departamentinin direktor vəzifəsini icra edən professor Entoni Qrin və Nizami Gəncəvi Mərkəzinin Böyük Britaniya tərəfdən rəhbəri, Oksford Universitetinin professoru Edmund Hertsiq Mərkəzin fəaliyyətini olduqca yüksək qiymətləndirərək qeyd etdilər ki, 2013-cü ildə akademik Nərgiz Paşayevanın təşəbbüsü və səyləri nəticəsində Oksford Universitetində yaradılan Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Elmi Mərkəzi dünya elmi ictimaiyyəti tərəfindən qəbul edilmiş qaydalara uyğun olaraq artıq beş ildir ki, uğurla fəaliyyət göstərir.

Görüşdən sonra professor N.Paşayeva Oksford Universitetinin alimləri ilə birgə Bodleyn Kitabxanasının XV əsrdə ilk yaradılan hissələrindən olan İlahiyyat Məktəbində (Divinity School) oldular. Buradan başlanan və Bodleyndə saxlanan ən qədim əlyazmaların kolleksiyası və onların qorunması mərkəzində başa çatan bu gəzinti olduqca maraqlı keçib. Qeyd edək ki, İlahiyyat Məktəbi 1427-1483-cü illər ərzində yaradılmış bir zaldır, burada xüsusi olaraq mühazirələr, teologiya haqqında müxtəlif müzakirələr və imtahanlar keçirilirdi. İlahiyyat Məktəbində mühüm tədbirlər və hətta kralların da görüşləri təşkil edilirdi. 1625-ci ildə Londonda vəba xəstəliyi tüğyan edən zaman burada hətta İcmalar Palatasının iclasları da keçirilirdi. İlahiyyat Məktəbinin tavanı Avropa qotik arxitekturasının ən böyük nailiyyətlərindən biri hesab olunur.

Bodleyn Kitabxanasının inkişaf departamentinin rəhbəri Eleyn Gallagher professor N.Paşayevanı, həmçinin Bodleyn Kitabxanasının xüsusi kolleksiyalar (Special Collection) bölməsi və Dyuk Hamfri Kitabxanası (Duke Humfrey’s Library) adlandırılan oxu zalı ilə də tanış edib. Burada qədim əlyazmalar və arxiv materialları, nadir kitablar, tarixi əhəmiyyətli xəritələr, qədim musiqi nümunələri və rəqəmsal nüsxələr saxlanılır.

Qeyd edək ki, Nizami Gəncəvi adına Elmi Mərkəz Oksford Universitetinin rəsmən qəbul edilmiş və tanınmış struktur bölməsidir və həmin Universitetin təkcə Şərqşünaslıq fakültəsi ilə bağlı məsələləri deyil, ümumiyyətlə, Oksford Universitetində digər sahələrdə elm və təhsillə bağlı olan bütün məsələlərdə Azərbaycan üzrə koordinator səlahiyyətlərinə malikdir. Mərkəz Azərbaycanın, Qafqazın və Orta Asiyanın zəngin tarixi-mədəni irsinin öyrənilməsi və Qərbin elmi-akademik dairələrinə tanıdılması məqsədilə Oksford Universitetinin bir hissəsi olaraq yaradılmış ilk akademik elmi-tədqiqat ocağıdır.

Elmi Mərkəz yarandığı gündən bir sıra mühüm elmi-akademik layihələr həyata keçirib. Onlardan 2015-ci ilin iyunun 6-da Oksford Universitetinin Nizami Gəncəvi adına Mərkəzinin təşkil etdiyi və Oksford Universitetinin Şərqşünaslıq İnstitutu, həmçinin Qədim Antik Dövr Mərkəzi ilə birgə keçirdiyi ilk elmi tədbiri olan “Şərqi Qafqaz son antik dövrdən erkən İslam dövrünə qədər” adlı elmi-praktik konfransı qeyd etmək olar. Oksford Universitetinin tarixində ilk dəfə olaraq konfransda Azərbaycanın qədim tarixi və mədəniyyəti məhz antik dövrdən İslam dövrünə qədərki müddətdə müzakirə edilib və gələcək tədqiqat işləri üçün atılacaq addımlar müəyyənləşdirilib. Tədbirdə Mərkəzin Azərbaycan tərəfdən rəhbəri akademik Nərgiz Paşayeva, Mərkəzin İngiltərə tərəfdən rəhbəri professor Edmund Hertsiq, Böyük Britaniyanın Bizans imperiyasının tarixi üzrə ən tanınmış mütəxəssislərindən sayılan, Oksford Universitetinin Korpus Kristi Kollecinin fəxri üzvü professor Ceyms Hovard-Conston, Şotlandiyanın Edinburq Universitetinin Roma arxeologiyası üzrə professoru, Oksford və Tübingen universitetlərinin mühazirəçisi, eyni zamanda, Böyük Britaniyanın Farsşünaslıq İnstitutunun və Romaşünaslığın Təbliği Cəmiyyətinin şura üzvü Eberhard Zaur, İngiltərənin Durham Universitetinin arxeologiya üzrə doktoru Dan Lourens, Almaniyanın Fridrix Şiller Universitetinin professoru Annaqret Plöntke Lüninq və başqaları iştirak ediblər.

2016-cı il iyunun 11-də Oksford Universitetinin ən qədim təhsil müəssisələrindən biri olan “Brasenose” kollecində Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin növbəti beynəlxalq elmi konfransı keçirilib. “Trans-Xəzər əlaqələri (V-XIII əsrlər)” mövzusuna həsr olunmuş konfransda Oksford Universitetinin alimləri ilə yanaşı, Rusiya Elmlər Akademiyasının ipək və kətan üzrə aparıcı arxeoloqu və tarixçisi professor Zvezdana Dode, Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzində arxeologiya departamentinin rəhbəri professor Murtazəli Hacıyev, Harvard Universitetinin aparıcı arxeoloqu doktor Kərim Əlizadə, Oksford Universitetinin tarixi antropologiya üzrə mütəxəssisi doktor İrina Şingiray, ABŞ-ın Pensilvaniya Universitetinin arxeologiya üzrə aparıcı mütəxəssisi doktor Lara Fabian, Kanadanın Saskatçevan və İngiltərənin Durham universitetlərinin doktoru Kristen Hopper və Oksford şəhərində yerləşən Ətraf Mühitin İdarə Olunması Təşkilatının aparıcı arxeoloqu Çarlz de Kesne də iştirak ediblər.

2017-ci il iyunun 5-də Londonda XIX əsr Kraliça Viktoriya dövründə təsviri incəsənətin əsasını qoyan məşhur rəssam Lord Leytonun (1830-1896) ev muzeyində Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin şərqşünas-alim Yevgeniy Bertelsin (1890-1957) “Böyük Azərbaycan şairi Nizami” (The Great Azerbaijani Poet Nizami) kitabının ingilis dilində ilk akademik tərcüməsinin təqdimat mərasimi keçirilib. Bu kitab ilk dəfə 1940-cı ildə rus dilində çapdan çıxıb. Həmin vaxtdan etibarən kitab nəinki ingilis dilində, ümumiyyətlə, təkrar nəşr olunmayıb. Kitab üçün illüstrasiyaların orijinalları dünyanın ən zəngin və tanınmış kitabxanalarından olan Britaniya Kitabxanasından götürülüb və nəfis şəkildə Britaniyanın “Gilgamesh” nəşriyyat evində çap edilib.

Nizami Gəncəvi Elmi Mərkəzinin tədris sahəsindəki fəaliyyətini əks etdirən layihələrdən biri kimi Mərkəzin dəstəyi ilə Oksford Universitetinin Şərqşünaslıq fakültəsində altı tələbənin təhsil almasını qeyd etmək olar. Bu tələbələr (Ceymz Uayt, Keyti Kempbel, Robert Vilyams, Conatan Lorens – Böyük Britaniya, Eliz Maus Pyu – ABŞ, Ufuk Özturk - Almaniya) Oksfordda artıq Nizami Gəncəvi tələbələri adlandırılır və onların elmi işləri haqqında Mərkəz qısa zamanda hesabat hazırlayacaq.

Qafqaz Albaniyasının tarixinin düzgün istiqamətdə öyrənilməsi üçün Nizami Gəncəvi Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri akademik Nərgiz Paşayevanın və Oksford Universitetinin professoru Robert Hoylandın təşəbbüsü ilə Oksford Universitetinin arxeoloqları 4 il bundan öncə ilk dəfə olaraq Bərdədə qazıntı işləri aparmaq üçün Azərbaycana səfər ediblər. Layihənin rəhbəri qədim İslam tarixi üzrə dünyanın tanınmış alimlərindən sayılan professor Robert Hoylanddır. Oksford Universitetinin “Brasenose” kollecinin doktoru Paul Vordvorsun rəhbərlik etdiyi 10 nəfərlik Britaniyalı Arxeoloji Ekspedisiya Heyəti 2015-ci ildən başlayaraq Bərdənin mərkəzində yerləşən Torpaqqala ərazisində qazıntıları XI-XIII əsrlərin dərinliyinə çatdırıb. Bu alimlər arxeoloji qazıntılar nəticəsində Bərdənin kifayət qədər inkişaf etmiş şəhər olduğunu aşkara çıxarıblar. Bərdənin kənarında, Qaratəpə adlanan yerdə IV-V əsrlərə aid olan yaşayış məskəni aşkar edilib. Qazıntıların nəticəsi beynəlxalq elmi ictimaiyyətə məhz Azərbaycanın qədim tarixi kimi təqdim ediləcək. Məqsəd Bərdə və Qafqaz Albaniyasının başqa şəhərlərinin qədim irsi və zəngin tarixi haqqında dünyanın elmi ictimaiyyətinə daha zəngin məlumat çatdırmaqdan ibarətdir. Onu da qeyd edək ki, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin arxeoloqlarından ibarət ekspedisiya heyəti Azərbaycan Tarix Muzeyi ilə əməkdaşlıq edir və muzeydə ekspedisiya üzvləri ilə Azərbaycan alimlərinin bir neçə görüşü də keçirilib. Həmçinin arxeoloji qazıntılar nəticəsində tapılan eksponatlar qorunması və saxlanması üçün Tarix Muzeyinə təqdim olunub.

Nizami Gəncəvi Elmi Mərkəzi tərəfindən Azərbaycanda mədəni irsin qorunması məqsədilə ilk dəfə olaraq Britaniyanın “Sərhədsiz İrs” (Heritage Without Borders) təşkilatı Bərdə Arxeoloji Ekspedisiyasının işinə cəlb edilib. Bu təşkilat dünyanın müxtəlif bölgələrində bəşəriyyətin mədəni irsinin qorunması üçün aparıcı mütəxəssisləri bir araya gətirir və işlədiyi ölkələrdə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələrinin qorunması və mühafizəsini təşkil edərək, gələcək nəsillərə ötürülməsini təmin edir. Məhz bu məqsədlə Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Bərdə Arxeoloji Ekspedisiyası çərçivəsində Britaniyanın “Sərhədsiz İrs” təşkilatının rəhbəri, arxeologiya üzrə mütəxəssis doktor Dominika Darkangelo Bakıda və Bərdədə olub və Azərbaycan Tarix Muzeyinin əməkdaşlarına arxeoloji tapıntıların qorunması və mühafizəsi, aşkar edilən maddi-mədəniyyət nümunələrinin konservasiyası və saxlanma üsulları ilə bağlı tövsiyələrini verib.

Bu ilin sonuna qədər Oksford Universitetinin Nizami Gəncəvi adına Elmi Mərkəzi tərəfindən Bərdədə aparılan qazıntı işləri ilə bağlı elmi-akademik təqdimatın keçirilməsi nəzərdə tutulur. Onu da qeyd edək ki, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri akademik Nərgiz Paşayevanın təklifi ilə Mərkəzin arxeoloji ekspedisiyası 2017-ci ildən Bakı Dövlət Universitetinin tarix fakültəsinin arxeologiya bölməsinin bir aspirantını (Aslan Qasımov) və iki tələbəsini (Elşən Salayev, Mircavid Ağalarov) arxeologiya sahəsində elmi və praktiki biliklərinin artırılması üçün Bərdədə aparılan işlərə cəlb edib.

Beləliklə, dünyanın ən qədim və zəngin kitabxanalarından olan Bodleyn Kitabxanasında M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri akademik Nərgiz Paşayeva və Oksford Universitetinin Bodleyn Kitabxanasının direktoru, dünya kitabxanaşünaslıq elminin nüfuzlu nümayəndələrindən olan Riçard Ovenden arasında keçirilən bu mühüm görüş çox əhəmiyyətli və səmərəli olub. Böyük Azərbaycan şairi, dahi Nizami Gəncəvinin adının dünyanın ən qədim elm və təhsil ocaqlarından olan Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına verilməsi ilə bağlı razılığın əldə olunması tarixi hadisədir və son beş ildə Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin böyük əməyinin nəticəsidir.

Görüşün sonunda akademik Nərgiz Paşayeva Oksford Universitetinin Bodleyn Kitabxanasının Fəxri qonaqlar kitabına xoş təəssüratlarını yazıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Azərbaycan para-atleti dünya çempionatında qızıl medal qazanıb

Almaniya Ukraynaya pilotsuz uçan aparatlar tədarük edəcəyini açıqlayıb

Xankəndi şəhərinin Azərbaycan enerji sisteminə qoşulması təmin edilib

Zaur Nağıyev: Ölkəmizdə yelkən idman növünün inkişafına xüsusi diqqət yetirilir

Kolumbiya ordusu Karib dənizində 1 tondan çox kokain müsadirə edib

Niger Fransa təyyarələri üçün hava məkanını bağlayıb

Qızıl medal mükafatçısı: Bu duyğunu yaşamağı hər bir idmançıya arzulayıram

Bakıda yelkən üzrə ənənəvi Federasiya Kuboku yarışları keçirilib

Türkiyəli həkim: Texnologiyanın inkişafı, biliklərin artması xərçəng xəstələrinin müalicəsində müsbət nəticələr verir

Polşa Ukrayna taxılını Afrika və Asiyaya tranzit etməyə hazır olduğunu açıqlayıb

Rusiyada məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb, 20-dən çox yaralı var

Qarabağ bölgəsində silah-sursatın müsadirəsi davam edir VİDEO

“Kür” Avropa Kubokunda mübarizəni dayandırıb - YENİLƏNİB

Rusiyada baş verən yol qəzasında 3 nəfər ölüb, 17 nəfər xəsarət alıb

İran ilə Rusiya arasında Rəşt-Astara dəmir yolu xəttinin tamamlanmasına sərmayə yatırılması üçün müqavilə imzalanacaq

Çində mədəndə baş verən yanğında 16 nəfər ölüb

Yəmənin cənub-qərbində baş verən partlayışda 4 əsgər həlak olub

Bürünc medalçı: Turnir ölkəmizdə keçirildiyi üçün qalib olmaq istəyirdim

Zelim Kotsoyev “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb

DİN-in əməkdaşı: Bakı Atıcılıq Mərkəzində təşkilatçılıq yüksək səviyyədə idi

TƏBİB: Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub VİDEO

Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib VİDEO

Deputat Qənirə Paşayevanın müalicəsi ilə bağlı bütün zəruri tədbirlər görülür

Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib VİDEO

Papa Fransisk Ukraynaya silah yardımının dayandırılmasından məyusluğunu ifadə edib

Anım Günü ərəfəsində Qəbələdə şəhid ailələri ziyarət olunur

Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq

BMT: Fransa müstəmləkələri müstəmləkəçiliyə son qoymağı tələb edirlər

Dövlət qurumlarının əməkdaşları arasında atıcılıq üzrə yarışın qalibləri müəyyənləşib

Ulu Öndər Heydər Əliyev üçün səhiyyənin və tibb elminin inkişafı daim prioritet idi

Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib VİDEO

Azərbaycan Qafqazda sülhün və inkişafın təminatçısıdır

Kaledoniyalılar arzularını reallaşdırmaq üçün müstəqillik tərəfdarını senator seçdilər

DİN: Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək

İtaliya Senatında Corcio Napolitano üçün cənazə otağı açılıb

Siciliya adasında meşə yanğınları iki nəfərin ölümünə səbəb olub

Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Sabah Bakıda və bölgələrdə yağış yağacaq

FHN-nin xilasediciləri deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib VİDEO

Azərbaycan Aşıqlar Birliyinin katibi Bolnisinin fəxri vətəndaşı adına layiq görülüb

İcma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışını tənqid edib

Ümummilli Liderin xatirəsinə həsr olunan Böyük Dəbilqə turniri davam edir

Peru mətbuatında Qarabağ regionunda aparılan antiterror tədbirlərindən bəhs edilib

Azərbaycan parataekvondoçusu dünya çempionu olub

ABŞ-ın Atlanta şəhərində baş verən atışmada 3 nəfər ölüb

Türkiyənin İzmir şəhəri “Teknofest”ə hazırlaşır

Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən şirkətin ərazisində silah-sursat aşkar edilib VİDEO

Qərbi Azərbaycan İcması “Human Rights Watch” təşkilatının hesabatına sərt münasibət bildirib

Gürcüstanda zəlzələ qeydə alınıb

Günəbaxan sahələrində məhsuldarlıq artıb

Sentyabrın 24-ü Beynəlxalq Lal-Karlar Günüdür

Deputat: Azərbaycan Cənubi Qafqaz regionunda təhlükəsizlik arxitekturasını gücləndirir

Şəkidə tütünçülük sahəsində iki mindən çox sakinin məşğulluğu təmin olunub

Almaniya Polşa və Çexiya ilə sərhədlərə nəzarəti gücləndirir

Rus Dram Teatrında “Albalı bağı” tamaşasının premyerası olacaq

ABŞ prezidentliyinə namizəd: Ukraynanın NATO-ya daxil olması Vaşinqtonun maraqlarına cavab vermir

Livan sahillərində batan gəmidən 27 miqrant xilas edilib

BƏƏ İrandan körfəzdəki adalarının işğalına son qoymağı tələb edib

Roma Papası: Ukraynadakı müharibə həm də silah istehsalçılarına lazımdır

BMT-nin 78-ci sessiyasında söz və fikir azadlığı barədə səslənən fikirlər

İtaliya Avropada sığınacaq üçün ən çox müraciət edilən dördüncü ölkədir

ECO-ya üzv ölkələrin turizm nəzirlərinin Ərdəbildə görüşü keçiriləcək

Azərbaycanın və İranın XİN başçıları bölgədə son vəziyyəti müzakirə ediblər

Antonio Quterreş Qarabağdakı erməni silahlı birləşmələrinin tərk-silah prosesi barədə məlumatlandırılıb

Praqada Ermənistanın mina terroruna həsr olunmuş sərgi-aksiya təşkil edilib

Fransa vətəndaşları polis zorakılığına etiraz edirlər

Cəmil Quliyev: Həyatda ən çətin anlarımda Şahmar Ələkbərova müraciət etmişəm

Rusiya XİN-in başçısı: Sülhməramlılar Qarabağ erməniləri ilə Azərbaycan rəsmiləri arasında təmaslara kömək edirlər

Xalq artisti Şahmar Ələkbərovun xatirəsi anılıb

Sergey Lavrov: Azərbaycan ilə Ermənistan arasında etimadın möhkəmləndirilməsinin vaxtı gəlib çatıb

Dünya çempionatı: Erməniyə qalib gələrək finala çıxan Azərbaycan güləşçisi Olimpiadaya lisenziya qazanıb

Ağdərədə erməni sakinlər kütləvi şəkildə evləri yandırır VİDEO

Azərbaycan ilə Əlcəzair arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi vacibdir

Birləşmiş Krallığın dövlət naziri antiterror tədbirlərinin məqsəd və nəticələri barədə ətraflı məlumatlandırılıb

Nazir: Münaqişə zamanı itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyi məlum deyil VİDEO

DİN: Qarabağda yaşayan erməniəsilli sakinlərin vətəndaşlıq məsələlərinə baxılması işi diqqətdə saxlanılır

Elşad Hacıyev: Qarabağda mülki əhaliyə qarşı xoşagəlməz halların baş verməməsi üçün bütün tədbirlər görülür

Anar Eyvazov: Qarabağda yaşayan azərbaycanlı və erməni sakinlərin təhlükəsizliyinə zəmanət veririk

XİN: Azərbaycan Ermənistanla əsl dialoqa və danışıqlara hazır olduğunu bir daha təsdiqləyir

BBC radiosunda Azərbaycanın antiterror tədbirlərindən sonra humanitar vəziyyətin yaxşılaşdırılması üçün atdığı addımlardan danışılıb

Ceyhun Bayramov: Otuzillik hərbi işğala baxmayaraq, Azərbaycan normallaşma gündəliyi təşəbbüsü ilə çıxış edib VİDEO

Nazir: Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu daha da genişlənib

Nazir: Azərbaycan çoxtərəfli sistemin fəallaşmasının və islahatların aparılmasının tərəfdarıdır

XİN: Azərbaycan beynəlxalq həmrəyliyi və çoxtərəfliliyi təşviq etmək üçün səylərini əsirgəmir

Ceyhun Bayramov: Azərbaycan hökuməti qlobal təşəbbüslər vasitəsilə mədəniyyətlərarası və dinlərarası dialoqu ardıcıl surətdə təşviq edir

DİN: Qarabağın tam dekriminallaşması işi davam edir

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə görüşüb

Riçardas Lapaytis: Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq

Anar Eyvazov: Azərbaycan Ordusu hazırda silahların və döyüş sursatlarının qəbul edilməsi prosesini aparır

Müdafiə Nazirliyi Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursatın siyahısını açıqlayıb VİDEO

Anar Eyvazov: Azərbaycan Ordusu antiterror tədbirləri zamanı dəqiq silahlarla yalnız legitim hərbi hədəfləri zərərsizləşdirib

Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər VİDEO  YENİLƏNİB

Zelim Tçkayev “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

Hidayət Heydərov: Azarkeşlərin ümidini doğrultdum

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib  YENİLƏNİB VİDEO

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

Ermənistanın böyük şəhərlərində hökumət əleyhinə aksiyalar keçirilir

Hidayət Heydərov “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

Fransa, Almaniya və Avropa İttifaqının ədalətsiz mövqeyi onların qərəzli siyasi məqsədlərini təsdiqləyir - ŞƏRH

Avropa Kuboku: "Kür" Mingəçevirdə İtaliyanın “Jomi Salerno" klubunu qəbul edir