İDMAN


Əfsanəvi futbolçu Ələkbər Məmmədovun xatirəsinə yoldaşlıq oyunu keçirilib

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, SSRİ Əməkdar idman ustası, SSRİ-nin Əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, millimizin ilk baş məşqçisi mərhum Ələkbər Məmmədovun anadan olmasının 88-ci ildönümü ilə əlaqədar yoldaşlıq oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, matç futbol veteranlarından ibarət “Təcrübə” komandası ilə futbol ictimaiyyətinin nümayəndələrindən (AFFA, PFL, TPL klubları) təşkil olunmuş “Futbol funksionerləri” komandası arasında oynanılıb.

Bayıl stadionunda keçirilmiş oyunu Tahir Süleymanov, Ramiz Əsədov və Eldar Nağıbəyovdan ibarət veteran hakimlər briqadası idarə edib.

Topa ilk toxunuşu AFFA-nın İcraiyyə Komitəsinin üzvləri Kazbek Tuayev, İsgəndər Cavadov, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov və veteran hakim Rüstəm Rəhimov ediblər.

Ağasəlim Mircavadovun baş məşqçisi olduğu “Təcrübə” komandası Vaqif Sadıqovun rəhbərlik etdiyi “Futbol funksionerləri” komandasını 7:5 hesabı ilə məğlub edib. Veteranların heyətində Musa Qurbanov het-trik edib. Elxan Məmmədovun avtoqol müəllifi olduğu oyunda digər qolları Maşallah Əhmədov, Oqtay Abdullayev və Alim Qurbanov vurublar.

“Futbol funksionerləri” komandasında isə Yunis Hüseynov dubl edib, digər qolların müəllifi Bəxtiyar Osmanov, Müşfiq Hüseynov və Elxan Məmmədov olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.