ELM VƏ TƏHSİL


Bakı şəhəri üzrə eksternat imtahanlarına 381 nəfər qatılıb

Bakı, 16 may, AZƏRTAC 

Mayın 16-da Bakı şəhəri üzrə eksternat imtahanları yekunlaşıb.

Bakı Şəhəri üzrə Təhsil idarəsindən AZƏRTAC-a bildiriblər ki, imtahanda əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub tam orta təhsil səviyyəsini (XI sinfi) başa vura bilməyən şəxslər iştirak edib.

Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə keçirilən imtahanda 381 nəfər iştirak edib.

Eksternlər üç akademik saat ərzində hərəsində on sual olmaqla, coğrafiya, biologiya, Azərbaycan tarixi, ümumi tarix və xarici dil fənləri üzrə sualları cavablandırıblar.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak hüququna sahib olacaqlar.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

İmtahanların nəticələri baku.edu.gov.az saytında yerləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.