İDMAN


Futzal üzrə Yüksək Liqada 2017-2018-ci il mövsümünə yekun vurulub

Bakı, 16 may, AZƏRTAC

Futzal üzrə Yüksək Liqada 2017-2018-ci il mövsümünə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, çempionatın sonuncu turu çərçivəsində keçirilən “Neftçi” İK – “Marafon Futsal” (8:8) oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub.

Ölkə çempionatının bürünc, gümüş və qızıl medalları müvafiq olaraq EKOL, “Marafon Futsal” və “Araz” komandalarına təqdim edilib.

Ən yaxşı baş məşqçisi Elşad Quliyev (“Marafon Futsal”), ən yaxşı qapıçısı Emin Kürdov (EKOL), ən yaxşı oyunçusu isə Seymur Məmmədov (“Marafon Futsal”) seçilib. Mövsüm ərzində 34 qol vuran Telez Bolinya (“Araz”) ölkə çempionatının bombardiri olub.

Komandalara mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Azərbaycan Futzal Federasiyasının baş katibi Mahmud Sadıqov, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təqdim ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.