ELM VƏ TƏHSİL


“eTwinning Plus” layihəsi genişləndirilir

Bakı, 16 may, AZƏRTAC

Mayın 23-dən 25-dək Bakıda “eTwinning Plus” layihəsi çərçivəsində “Təhsildə İKT” mövzusunda seminar keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan, Bolqarıstan, Finlandiya, Fransa, Gürcüstan, Latviya, Malta, Çexiya və Slovakiyadan müəllimlər və “eTwinning” layihəsi üzrə nümayəndələr iştirak edəcəklər.

Seminar layihədə iştirak edən müəllimlərin bilik və bacarıqlarını artırmaq və layihənin Azərbaycanda genişləndirilməsini təmin etmək məqsədi daşıyır.

Tədbir çərçivəsində həm xarici, həm də yerli mütəxəssislərin rəhbərliyi ilə İKT-nin təhsildə tətbiqini, layihə əsaslı təhsili və müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək müxtəlif təlim və müzakirələr təşkil olunacaq.

Qeyd edək ki, “eTwinning Plus” layihəsi çərçivəsində Azərbaycandan indiyədək 244 məktəbdən 660 müəllimin iştirakı ilə 735 təhsil layihəsi həyata keçirilib.

Eyni zamanda, “eTwinning Plus” layihəsində iştirak edən müəllimlərin pedaqoji bilik və bacarıqlarının artırılması məqsədi ilə online təlimlər, Avropanın müxtəlif ölkələrində seminar və konfranslar təşkil olunur. Bu layihə Azərbaycanda 2016-cı ildən etibarən Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.