MƏDƏNİYYƏT


Vaqif Mustafayev “Birgə qalib gəldik” XIV beynəlxalq festivalın münsiflər heyətinin sədridir

Moskva, 17 may, AZƏRTAC 

Sevastopol şəhərində “Birgə qalib gəldik” XIV beynəlxalq sənədli filmlər və televiziya proqramları festivalının açılışı olub. Festivalın münsiflər heyətinə Azərbaycan kinorejissoru, Avropa Kino Akademiyasının üzvü Vaqif Mustafayev rəhbərlik edir.

AZƏRTAC xəbər verir ki, tədbirə 33 ölkədən 500-dən çox ekran əsəri təqdim olunub. Festivalın prezidenti, RSFSR Xalq Artisti, “Oskar” mükafatı laureatı Vladimir Menşov açılış mərasimində bildirib ki, təşkilatçılar tərəfindən müsabiqə proqramları üçün 83 film seçilib. ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Çin, Macarıstan və digər ölkələrdən olan rejissorlar Sevastopolda öz yaradıcılıq işlərini təqdim edəcəklər.

Beynəlxalq sənədli film müsabiqəsinin münsiflər heyətinə rejissorlar Qunilla Breski (İsveç), Natalya Ququyeva (Rusiya), Arko Okk (Estoniya, Tallin Kino Universitetinin rəhbəri), habelə Sun Yaou (ÇXR-in Xarbin televiziya və radio yayımı bürosunun direktoru) və İnna Demejko (“Rusiya” sənədli film festivalı proqramlarının direktoru) daxildirlər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.