Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bu ilin payızında respublikada 921 min meyvə tinginin yetişdirilməsi planlaşdırılır

Bu ilin payızında respublikada 921 min meyvə tinginin yetişdirilməsi planlaşdırılır

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Magistral avtomobil yollarının kənarında salınmış yaşıllıqlar, yaşköküstə ağacların köçürülməsi və dəniz suyunun duzsuzlaşdırılması” mövzusunda mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda nazirliyin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin sədri Ramik Əşrəfov və ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttarzadə iştirak ediblər.

R.Əşrəfov sədrlik etdiyi cəmiyyətin fəaliyyəti barədə məlumat verib. O bildirib ki, bu ilin dörd ayı ərzində 35 hektarda 16500 ağac əkilib. Zeytun, badam, nar, tut ağaclarından ibarət aqrobağlar salınıb. Əkilən ağaclar nazirliyin tinglik sahələrində yetişdirilib və bitiş faizi yüksəkdir. Hazırda yaşıllıq salınan ərazilərin 95 faizi damcılı suvarma sistemi ilə təchiz olunub ki, nəticədə bitiş 98 faiz təşkil edib. Bu ilin payızında 921 min meyvə tinglərinin yetişdirilməsi planlaşdırılır: “2018-2021-ci illər ərzində 1610,5 hektar sahədə yeni aqrobağların salınması nəzərdə tutulur. Hazırda tinglik sahələrində 2 milyon 535 min 870 müxtəlifcinsli ting mövcuddur”.

Nazirlik rəsmisi 2008-ci ildən etibarən respublikanın magistral avtomobil yollarının kənarlarında 4443 hektar ərazidə 5 milyon 439 min 580 müxtəlifcinsli ağac əkildiyini deyib: “Yaşıllaşdırma tədbirləri altı istiqamətdə aparılıb. Salınan yaşıllıq sahələrinin 2000 hektarından çoxunu zeytun ağacları təşkil edir. Belə ki, həmin ərazilərdə 1 milyon 300-dən çox zeytun ağacı yetişdirilib. Artıq 2016-2017-ci illərdə ilk məhsul da əldə olunub. Məhsulun 60 tonu emal müəssisələrinə verilib, 30 tondan çoxu toxum tədarükü üçün istifadə edilib. Ümumiyyətlə, heç vaxt ağac bitməyən, arid və tullantılarla çirklənmiş ərazilərdə yaşıllıqlar salınıb”.

R.Əşrəfov mətbuat konfransında yaşköküstə ağacların köçürülməsi məsələlərinə də toxunub. O deyib ki, həmin məqsədlə cəmiyyətin balansında 7 texnika var. Həmin texnikalar vasitəsilə yaşköküstə ağacları və kol bitkilərini ilin bütün fəsillərində onların bioloji inkişafına təsir etmədən köçürmək mümkündür. Köçürüləcək ağacların diametri 30 santimetrə, boyu 15-18 metrə kimi olarsa, proses zamanı itkilərə yol verilmir. Köçürülən ağacların bitiş faizi də 90-dan aşağı deyil.

Cəmiyyətin sədri bu ilin dörd ayı ərzində müxtəlif qurumlardan daxil olmuş müraciətlər əsasında 69 ağacın digər ərazilərə köçürüldüyünü qeyd edib. O bildirib ki, müraciətlər əsasən Xətai, Nərimanov və Yasamal rayonlarından olur. Ağacların yaşına, boyuna və köçürülmə məsafəsinə görə qiymətlər dəyişir. Bir ağacın köçürülməsi təxminən 50-60 manat təşkil edir. Nazirliyə müraciət edildikdə Ekspertiza İdarəsinin rəyi, tələbləri və “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqavilə əsasında ağacların kök torpağı ilə birgə çıxarılaraq daha uyğun ərazilərə köçürülməsi təmin edilir.

Nazirliyin ekologiya və təbiətin mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttarzadə Salyan rayonunun Xıdırlı kəndində yerləşən Xəzər Dənizinin Suyunun Duzsuzlaşdırılması Kompleksi haqqında məlumat verib. Qeyd edilib ki, kompleksə daxil olan Dəniz Suyunun Duzsuzlaşdırılması zavodunun sutkalıq gücü 2 min kubmetrdir. Müəssisədə 2013-cü ildən bu günədək 3 milyon 894 min 634 kubmetr həcmində dəniz suyu qəbul edilib və bundan 1 milyon 687 min 995 kubmetr həcmində təmiz su istehsal olunub.

O bildirib ki, kompleksə daxil olan ərazidə 4 hektar tinglik sahəsi salınıb: “Burada 1 milyondan çox müxtəlif cinsli əkin materialları yetişdirilir. Ötən ildən etibarən isə burada aqrobağların salınmasında istifadə etmək üçün müxtəlif meyvə tinglərinin yetişdirilməsinə başlanılıb”.

R.Səttarzdə istehsal olunan sudan Ələt-Salyan avtomobil yolunun ətrafında salınmış yaşıllıqların və kompleksin tərkibində yaradılmış tinglik sahələrinin suvarılmasında istifadə edildiyini də diqqətə çatdırıb.

“Bundan əlavə, Şirvan kollektoru üzərində də qurğular quraşdırılıb. Həmin qurğular vasitəsilə yaşıllıqların suvarılması üçün gündə 5 min kubmetr suyu duzsuzlaşdırmaq mümkündür. Beləliklə, müəssisənin istehsal gücü gündəlik 7 min kubmetrə bərabər olur. Duzsuzlaşdırılan sular vasitəsilə 700 hektar sahədə yaşıllıqlar salınıb. Lakin həmin sular min hektar ərazinin yaşıllaşdırılmasına da kifayət edər”, - deyə şöbə müdiri qeyd edib.

Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı