REGİONLAR


Qoyun və keçilərdə çiçək xəstəliyinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir

Bakı, 29 may, AZƏRTAC

Qoyun və keçilərdə çiçək xəstəliyinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AZƏRTAC-a bildiriblər ki, təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq, ölkə ərazisində iti yoluxucu xəstəliklərə, o cümlədən qoyun və keçilərin çiçək xəstəliyinə qarşı peyvəndləmə tədbirləri görülür. Bu ilin dörd ayında çiçək xəstəliyinə qarşı 1 milyon 230 min 606 baş davarda peyvəndləmə aparılıb. Hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri davam etdirilir. Tədbirin iyunun sonunda yekunlaşması nəzərdə tutulur.

Qeyd edək ki, çiçək iti yoluxucu virus xəstəliyidir. İntoksikasiya, yüksək hərarət, dəri və selikli qişalarda düyünlü-pustulyozlu suluqlu səpgilərin əmələ gəlməsi ilə xarakterizə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.