ELM VƏ TƏHSİL


“Gənc istedadlar” liseyində “Son zəng”

Bakı, 14 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində “Son zəng” tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov məzunları və onların valideynlərini təbrik edib. Liseyin 10 illik fəaliyyətindən danışan rektor bu illər ərzində qazanılan uğurları diqqətə çatdırıb. Qeyd edib ki, bu il liseyin Azərbaycan və rus bölməsindən məzun olan 52 nəfərin hər biri Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında yüksək nəticə göstərib, bir neçəsi xarici universitetlərə qəbul olunub. Builki məzunların əksəriyyətinin müxtəlif vaxtlarda olimpiada və müsabiqə qalibləri olduğunu vurğulayan rektor liseyin pedaqoji şurasının qərarı ilə onlardan 12 nəfərinin medala namizəd göstərildiyini bildirib.

Liseyin direktoru, professor Qasım Hüseynov isə 2017-2018-ci tədris ilində şagirdlərin qazandığı uğurlardan bəhs edib. Bildirib ki, onlar respublika və beynəlxalq olimpiadalarda və müsabiqələrdə uğurlu iştirak edərək, mükafatçılar sırasında olublar. İndiyədək bu təhsil ocağını bitirən 330 məzunun hamısı respublikanın və xarici ölkələrin ali məktəblərinə qəbul olunub. Onlardan 85-i universitetlərə qəbul imtahanlarında 600-dən çox bal toplayıb, 25-i qızıl, 5-i gümüş, 5-i isə Prezident təqaüdünə layiq görülüb.

Sonra valideynlər adından Qismət İbrahimov və məzunlar adından ötən il 661 balla BDU-nun hüquq fakültəsinə daxil olan Cəlal Abdullayev çıxış ediblər.

Tədbir lisey şagirdlərinin bədii proqramı ilə başa çatıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.