Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Kolokol Rossii”: Ermənistanın Paşinyan xəstəliyi

“Kolokol Rossii”: Ermənistanın Paşinyan xəstəliyi

Moskva, 18 iyun, AZƏRTAC 

“Kolokol Rossii” internet qəzetində “Ermənistanın Paşinyan xəstəliyi” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC müəllifi Aleksandr Nikişin olan məqaləni təqdim edir.

Ermənistanın yeni hökumətində Avropa qlobalist strukturlarının və Sorosun Açıq Cəmiyyət Fondunun adamları təmsil olunublar və bu da Rusiya, ABŞ və İsrailin böyük narazılığına səbəb olub. Yerevandakı hadisələr hamıdan çox Rusiyanın xoşuna gəlməyib. İş hətta mitinq iştirakçılarının və Paşinyanın gizlədə bilmədikləri rusofob əhval-ruhiyyəsində də deyil. Əgər bütün bəyanatlar gerçəkləşsə, regionu nəticəsi proqnozlaşdırıla bilməyən yeni irimiqyaslı müharibə gözləyir ki, bu da əsla Rusiyanın ürəyincə deyil. Paşinyanın məsuliyyətsiz bəyanatları və hərəkətləri dərhal reaksiyaya, təkcə Qarabağda deyil, Naxçıvanla sərhəddə də vəziyyətin gərginləşməsinə səbəb olub. Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktorunun müavini Artyom Kojin mətbuat konfransında Ermənistanın indiki hakimiyyətini kəskin tənqid edərək deyib: “Ümumiyyətlə, məsələn, bu məsələyə dair əsası ATƏT tərəfindən qoyulmuş müvafiq relsə uyğun gəlməyən gurultulu bəyanatlar yəqin ki, qeyri-konstruktivdir”.

Müəllif yazır ki, indi Ermənistanda mülkiyyət yenidən bölüşdürülür. Bu, ilk növbədə, Rusiya şirkətlərinin biznesinə təsir göstərib. O yazır: “Elektromaydan”dan sonra “Vahid Enerji Sistemi” Rusiya Səhmdar Cəmiyyəti Sarkisyanın xahişi ilə iki aktivini – “Ermənistan elektrik şəbəkələri” Qapalı Səhmdar Cəmiyyətini və “Razdan” istilik elektrik stansiyasını Rusiyanın digər şirkətinə, amma sahibi artıq erməni olan “Taşir” şirkətinə verib. “Taşir” daha bir aktivin – “Yüksəkgərginlikli elektrik şəbəkələri” QSC-nin əldə edilməsi üçün Ermənistan hökuməti ilə müqavilə imzalayıb. Amma 2018-ci il mayın 30-da həmin müqavilənin pozulduğu elan edilib. Səbəb də bu olub ki, müqavilə “Ermənistan üçün əlverişsizdir”. Aktivlər Paşinyanın sponsoru, oliqarx Qagik Sarukyana verilib. Ermənistanda qazpaylayıcı aktivləri olan Qazprom üçün də böyük problemlər yaranıb. “Ermənistan dəmir yolu” QSC-nin idarəetməsində Rusiyanın Cənubi Qafqaz Dəmir Yolunun xidmətlərindən imtina edilib.

Müəllif Ermənistanda Rusiya kapitalı ilə işləyən digər şirkətlər, habelə Rusiyanın xırda biznesi üçün də ciddi problemlərin yarandığından yazır. Qeyd edir ki, onları milliləşdirmə bəhanəsi ilə sadəcə yerli oliqarxların xeyrinə tutub alacaqlar. Məqalədə deyilir: “Rusiya telekanallarının yayımının qadağan edilməsi barədə məsələ müzakirə olunur. Söz Azadlığının Müdafiəsi Komitəsinin sədri Aşot Məlikyan deyib: “Rusiyanın istər ölkə daxilində, istərsə də keçmiş Sovet İttifaqı ölkələrində həyata keçirdiyi imperiya təbliğatı bu ölkələrə öz təsirini qoruyub saxlamağa çalışır. Bununla belə, biz bu ölkənin öz iqtisadiyyatını necə inkişaf etdirdiyini, insan hüquqları baxımından hansı uğursuzluqlarla üzləşdiyini görürük. Buna görə də Rusiya rəhbərliyi belə təbliğatın köməyi ilə bunu ört-basdır etməyə çalışır”. Ermənistanın təhsil və elm naziri Araik Arutyunyan Kiril əlifbasını “zibil əlifba” adlandırıb və sənədlərin rus dilində yazılmasını qadağan edib. Bütün bunlar cəmi bir ay ərzində baş verib. Bu gedişlə Ermənistan qısa müddətdən sonra Avrasiya İqtisadi İttifaqından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxıb Avropa İttifaqına və NATO-ya daxil olmaq istədiyini bildirəcək.

Rusiyadakı erməni diasporundan danışan müəllif yazır ki, onlar Mixail Leontyevin iştirak etdiyi efirlərə etiraz etmək üçün “Komsomolskaya pravda” qəzetinin redaksiyası qarşısında qanunsuz mitinqlərə toplaşır, pisləmək, bağlamaq, işdən kənarlaşdırmaq üçün, hamının üzr istəməsi və tövbə etməsi üçün bütün mümkün vasitələrlə böyük təzyiq göstərirlər. Məqalədə deyilir: “Yaxşı ki, güllələməyi tələb etmirlər. Budur erməni demokratiyası. Demək istəyirsən ki, əgər belə cəsursunuzsa, nə üçün Qarabağ cəbhəsində, yaxud Hələbdə İŞİD-in (təşkilat Rusiyada qadağan edilib) mövqeləri qarşısında mitinq etmirsiniz? Bunun müqabilində siz Leontyevin iştirakı ilə bir neçə radio verilişindən bəzi məqamları kəsib təxribat xarakterli 6 dəqiqəlik parça düzəldirsiniz və incidilmişlər rolunda çıxış etməyə çalışırsınız. Mixail Leontyev çox emosional şəkildə həqiqəti dedi. Bəli, fikirlərinin deyiliş tərzi kobud idi, amma məzmunu həqiqət idi. Hər bir rusiyalı və erməni ürəyinin dərinliyində bunu bilir, amma ruslar heç kəsi incitməmək üçün tolerantcasına bu mövzunun üstündən sükutla keçməyə çalışırlar. Leontyev isə baltanı kökündən vurdu. Yaxşı olar ki, rusiyalı ermənilər Ermənistanda və Qarabağda hadisələrin gözümüz qarşısında necə çalxalandığı barədə düşünsünlər. Xankəndidə cavanlar güc strukturlarının nümayəndələri ilə dalaşırlar, güc orqanlarının istefası və buraxılması tələbləri ilə nümayişlər keçirilir, onların öz “maydanı” başlayır. Yerevanın özündə mitinq edənlər artıq bütün ermənilərin Ali Patriarxı və Katolikosu II Qareginin devrilməsini tələb edirlər. İş o yerə gəlib çatıb ki, tezliklə Şərqin ən qədim xristian kilsələrindən birinin başçısını Soros funksionerləri təyin edəcəklər. Eyni zamanda, gənc ermənilər fəxr edirlər ki, erməni Kim Kardaşyan qaradərili reperə ərə gedib, digər bir erməni – Aleksis Ohanyan kişi sifətli, qaradərili Serena Uilyamsın əri olub. Belə olan halda hansı milli identiklikdən, milli və dini adətlərdən söhbət gedə bilər? Böyük müharibə ehtimalı ətrafında çox təhlükəli oyunlar gedir. Çoxlu qan tökülə bilər, amma elə bu vaxt “sivil” Avropada kimsə şampan partlatmağa hazırlaşır”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub