Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Niyə məhz Gəncə?!

Niyə məhz Gəncə?!

Düşmən zərbəni güclü nöqtəyə vurur

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Bakıda keçirilən möhtəşəm paraddan düz bir həftə sonra ölkənin ikinci böyük şəhəri Gəncədə törədilən terror hadisəsinin arxasında ilk anlardan ölkəmizin artan güc və qüdrətindən narahat olan daxili və xarici dairələrin mütəşəkkil təxribatının dayana biləcəyi versiyası da istisna edilmədi.

Aydın görünürdü ki, törədilən qanlı cinayət adi qəsd, sıradan bir terror deyil, məhz siyasi aksiyanın ilkin görüntüsüdür. Arxada nələr gizləndiyini hadisə ətrafında görünməmiş canfəşanlıq göstərən nimdaş müxalif tör-töküntünün xaricdən yönləndirilən saxta, xəyanətkar yozumları da az-çox açıb-ağartmağa başladı. Guya, Gəncədə açılan atəş sosial ədalətin pozulmasına qarşı xəbərdarlıqdır. Kimliyi dərhal məlum olan caninin-- beynəlxalq təxribat və terror mərkəzlərindən keçib gəlmiş Yunis Səfərovun sosial şəbəkədə və “flüger saytlar”da “haqq davasına çıxmış fədai” kimi qələmə verilməsi də məhz məkrli bir planın gizlinlərini duydururdu.

Məsələnin sosial ədalətlə bağlılığı iddiası inandırıcı deyildi. Axı, Gəncə şəhəri sosial problemlərin geniş miqyasda və sürətlə həll edildiyi bölgələrdən biridir. Dövlət başçısının bir ayağı daim Gəncədə, bir əli daim onun başındadır. Bu şəhərin icra sisteminə Prezident komandasındakı ən qurucu və insanların ehtiyaclarına ən həssas kadrlardan biri rəhbər təyin edilib. “Sosial ədalət davası” hədəfi kimi seçilmiş Elmar Vəliyevin fəaliyyətinin şəhər ictimaiyyətində məmnunluq, ölkə rəhbərliyində razılıq doğurması da Azərbaycanda, az qala, hamıya məlumdur. Bəs elə isə niyə məhz ölkədə sosial ədalətin pozulması halları ilə heç vaxt gündəmdə olmamış bir şəhərin icra hakimiyyəti başçısı hədəfə alındı? Bu sualı cavablandıracaq ciddi arqument tapmaq çətin olduğundan, sorğu, istər-istəməz, bu axara yönlənir: gizlindəki təxribat və təlatümlər reaksiyasına start vermək üçün atəş niyə məhz Gəncədə açıldı?

Gəncə Azərbaycan tarixində və çağdaş gerçəkliyimizdə məxsusi yeri və çəkisi olan bir şəhərdir. Orta əsrlər intibahının bəşəri dahisi Nizami 9 əsrdir ki, doğulduğu şəhərlə yanaşı, Azərbaycanı və xalqımızı da dünyada ən yüksək səviyyədə tanıdır. Gəncə orta əsrlərin bir neçə Azərbaycan dövlətinin paytaxtı olaraq, həm də ümummilli mədəni mərkəz missiyasını bugünədək yaşadan məfkurə şəhəridir. Çağdaş insan haqları müdafiə sistemində önəmli yer tutan ümumdünya həmkarlar ittifaqları hərəkatlarının qədim qaynaqlarından biri məhz Gəncə əxi qardaşlığına gedib çıxır. Söhbət həqiqi haqq davasından gedirsə, Gəncədə baş vermiş orta əsrlərin məşhur Bəndər üsyanı da ümumdünya tarixində şərəfli yer tutur. Mövzu milli qeyrət, həqiqi qəhrəmanlıqdırsa, yenə Gəncə hökmdarı Cavad xanın rus işğalına qarşı döyüşü və şəhadəti əbədi bir örnəkdir.

Bu il bərpa edilməsinin 100 illiyini davamlı olaraq qeyd etdiyi-miz dövlətçiliyimizin bir əsr əvvəl dirçəldilməsi prosesində də Gəncə yeni doğulan müstəqil dövlətimizin ilk beşiyi olmuşdur. Tarixi xəyanətkarlığın qurbanı olmuş Azərbaycan Xalq Cümhuriyyəti uğrunda, milli qeyrət və idealın yaşadılması yolunda savaşın-- şanlı Gəncə üsyanının da meydanı bu şəhərin küçə və məhəllələri, onun köləliyə qənim olan övladlarının sinəsi olub. Düşmən qüvvələr Gəncədə haqq və azadlıq davasının odunu heç vaxt söndürə bilməyiblər. Bu ocağın üstünü zaman-zaman kül örtsə də, onun közü altda korun-korun yanıb, məqam yetişəndə yenidən gur alova çevrilib. XX əsrin sonlarında torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda mübarizə baş qaldıranda Gəncə dövlətçilik yaddaşımızın kükrəyib kütləviləşdiyi bir məfkurə mərkəzi kimi yenidən dikəldi. Bu gün isə Gəncə Azərbaycanda gedən yeniləşmə və tərəqqinin pilot meydanlarından, lokomotivlərindən biridir.

Gəncə şanlı tariximizdə, oyanan yaddaşımızda və sabaha boy atan bu günümüzdəki bax bu şərəfli mövqeyinə və dövlətçiliyimizin inkişafındakı sanballı roluna görə seçilib, hədəfə alınıb. Düşmən həmişə rəqibinin ən güclü tərəfini, dayaq nöqtələrini zərbəyə məruz qoyur. Neçə müddətdir ki, bədnam “ərəb baharı” dalğasını yurdumuza gətirib çıxara bilməyən xarici hegemonluq mərkəzləri Qərblə Şərqin arasında sabitlik adası olan Azərbaycanı qan çanağına döndərmək, ölkəmizi yeritdiyi müstəqil siyasət yolundan döndərib, yerində sözəbaxan bir rejim yaratmaq, xortumlarını güc və qüdrətimizə çevrilən sərvətlərimizə soxmaq üçün min bir oyundan çıxırlar. Bu da növbəti bir cəhd, daha bir məkrli həmlə. Məqsəd - Azərbaycanı müstəqillik və tərəqqi yolunda çökdürmək, seçilən vasitə - onun şanlı, qeyrətli bir şəhərini və bölgəsini “haqq davası” pərdəsi altında aldadıb, çaşdırıb kütləvi pozuculuq hərəkatının start məntəqəsinə çevirməkdir.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun son bir həftədə Gəncədə baş verənlərlə bağlı sonuncu açıqlamasında göstərildiyi kimi, hadisədən dərhal sonra radikal dini səhifələr və saytlar, Vətənə xəyanət ittihamı ilə mühakimə edilmiş separatçılara bağlı KİV-lər Yunis Səfərovu yeni “gəncəbasar qisasçısı”, “qəhrəman” elan etməyə tələsdilər. Bu dəfə də onlara Avropadakı sümsük iaşə müxalifəti və onların rəhbərlik etdiyi internet kanallarından, Leyla Yunusova kimi antimilli ünsürlərdən dəstək gəldi. Təsadüfi deyil ki, Azərbaycan dövləti və onun müstəqil siyasətinin əleyhinə son dövrlərdə sistemli ideoloji təxribatla məşğul olan bəzi xarici dini saytlar da bu günlərdə xüsusi canfəşanlıq göstərdilər. Kimə məxsusluğu bəlli olmayan ru-clip.ru saytının Youtube kanalı isə “Səda HD” kimi təqdim olunan şirkətin hazırladığı və üsyana səsləyən 5 klip – çağırış yayımladı.

Düşmən dairələr və onlara alət olan satqın elementlər bir şeyi unudurlar ki, Gəncə və gəncəlilər həmişə haqq davasını tarixi zərurətin və qəlblərinin hökmü ilə aparıblar. Onlar heç vaxt yad dairələrin əlində alət olmayıblar. Böyük yazıçımız Mir Cəlalın bədii həqiqətə çevirdiyi “İtə ataram, yada satmaram” milli məsləki də ədəbiyyatımıza məhz bu bölgənin gerçəkliyindən, gəncəlilərin tarixi qeyrət damarından gəlib.

Silahlı Qüvvələrimizin yubiley paradının əzəmətini həzm etməyib, bu sevinc və öyüncü xalqımızın gözündən gətirmək istəyənlər bir həftə sonra Gəncəni təxribat və təlatümlərin start meydanına çevirmək üçün onun təşəbbüskar və qurucu başçısına güllə atdırdılar və bu atəşin adını “haqq savaşına siqnal” qoymaq üçün dəridən-qabıqdan çıxdılar. Lakin gəncəlilər bu məkrli və rəzil oyunun mahiyyətini ilk addımdaca düzgün anlayıb terrorçunu və təhrikçiləri lənətlədilər. Yandırdıqları fitilin barıta çatmadığını görən qüvvələr isə daha bir həftə sonra yeni bir barıt çəlləyini şəhər meydanına gətirdilər.

Artıq Baş prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin KİV-də yayılmış birgə məlumatında bildirildiyi kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxs mərkəzi meydanda icazəsiz yürüşə çıxıb. Bu zaman dini-ekstremist qrup üzvlərinin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücumu nəticəsində 2 polis zabiti şəhid olub. Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər-- Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib və onların tutulması üçün intensiv iş aparılır. Son məlumata görə respublikanın hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da Gəncə şəhərində baş vermiş qanunsuz aksiyanın ən fəal iştirakçılarından və xidməti vəzifələrini yerinə yetirən polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşlarımızın yaxından köməkliyi ilə tutularaq istintaqa təhvil verilib. Bütövlükdə, respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.

Göründüyü kimi, düşmən qüvvələr siyasi terrorun çevrəsini kütləvi iğtişaşlara yönləndirmək üçün saxta, böhtançı təbliğat hazırlığından sonra təxribatçıları və ekstremist qrupu atəş xəttinə çıxarıb. Beyni pozucu təsirlərlə yuyulmuş, öz soydaşlarının qanını tökmək həddinə gətirilmiş, dövlətinə və onun qanuni keşikçilərinə qarşı zorakı basqına qalxmış insanların bu əməlinin bir adı var: Vətənə xəyanət, dövlətçiliyə qəsd!

Cənab Əli Həsənovun açıqlamasında yaranmış vəziyyətin doğru-düzgün qiyməti öz əksini tapıb: “ Beləliklə, biz dövlətçiliyimizə qarşı separatçıların, radikal dindarların, yalnız pula və məişət komfortuna işləyən “iaşə müxalifəti”nin sinxronlaşdırılmış ideoloji təxribatı faktı ilə üz-üzəyik. Xarici antiazərbaycan qüvvələrin bu mənfur niyyətini anlamaq olar, ancaq daxildən onlara dəstək verən, polis əməkdaşlarına qarşı qəddar cinayətə bəraət qazandırmağa çalışan, yaxud da xaricə qaçıb erməni maliyyəsinin girovuna çevrilənlərin xain canfəşanlığını heç cür başa düşmək mümkün deyil”.

Doğrudan da, belə həssas vəziyyət cəmiyyətimizin, bütün vətəndaşlarımızın milli dövlətçilik ətrafında daha sıx birliyini tələb edir. Bu sınaq məqamında ölkə mediasının da ayıq-sayıq, məsuliyyətli və vətənpərvər mövqe sərgiləməsi zəruridir.

“Allahu Əkbər” sədası altında gizlənərək, soyuq silahlarla silahlanıb Gəncədə şəhər meydanında asayişi pozan, iğtişaş törədən, dövlətçiliyə, müstəqilliyimizə qəsd edən radikal dağıdıcı qrup bilməlidir ki, Azərbaycan dövləti yenilməzdir, sarsılmazdır, heç bir qüvvə respublikamızı müstəqillik yolundan, dünyəvi dövlətçilik yolundan döndərə bilməz. Radikal dağıdıcı qrupların arxasında dayanan, onu idarə edən, maliyyələşdirən məkrli düşmən dairələr elə zənn etməsinlər ki, onların kimliyi bəlli deyil. Bu qüvvələr zaman-zaman Azərbaycan dövlətçiliyinə qəsd ediblər, amma mənfur məqsədlərinə nail ola bilməyiblər.

Bu gün Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti monolit birliyə malikdir. Hakimiyyət və xalq vəhdəti, Prezident və xalq birliyi sarsılmazdır. Azərbaycan müstəqillik qazandığı vaxtdan bu günə qədər baş verən ictimai-siyasi proseslərin təhlili göstərir ki, dövlətimiz və cəmiyyətimiz terrorçulara, separatçılara, ölkədə sabitliyi, əmin-amanlığı pozmaq istəyən qüvvələrə qarşı hər zaman birlik nümayiş etdirib, düşmənin mənfur planlarını puça çıxarıb.

Diqqət yetirin, polis Gəncədə iğtişaş törədənlərə qarşı silahdan istifadə etmir, amma pərdə arxasında gizlənmiş qüvvələrin əlində alətə çevrilmiş dağıdıcı radikal qrupun üzvləri xidməti vəzifəsini yerinə yetirən, iğtişaşın qarşısını alan polisə soyuq silahla hücum edir və iki polis zabitini qətlə yetirirlər.

İğtişaşçılara dəstək verən, hadisələrin mahiyyətini təhrif edən, sosial şəbəkədə ictimai rəyi çaşdırmağa çalışan qaragüruhçular, təxribatçılar anlamalıdırlar ki, onlar özləri də iğtişaş törədənlər qədər məsuliyyət daşıyırlar və qanun qarşısında cavab verməlidirlər. Bəzi avantüristlər isə böhtan xarakterli informasiya yayaraq, iddia edirlər ki, şəhid polislər, guya, iğtişaşçılar tərəfindən öldürülməyib. Məlum uydurmadır, belələri vaxtilə Nar-daran hadisələri zamanı qətlə yetirilmiş polis işçilərinin də əməliyyat keçirənlər tərəfindən öldürüldüyünü iddia edirdilər. Yalan ayaq tutar, amma yeriməz. Heç şübhəsiz ki, istintaq-əməliyyat tədbirləri zamanı bütün günahkarlar aşkar ediləcək və qanuna müvafiq olaraq sərt cəzalandırılacaqlar. Respublikanın hüquq-mühafizə orqanları bu istiqamətdə ciddi fəaliyyət göstərməli və ölkədə sabitliyi, əmin-amanlığı pozmaq istəyənlərə, dövlətçiliyə qəsd cəhdlərinə qarşı barışmaz mövqe tutmalıdırlar.

Prezident seçkilərindən əvvəl özlərini virtual məkanda, sosial şəbəkədə millət, Vətən təəssübkeşi kimi ictimai rəyə sırımağa çalışan sosial şəbəkə trolları antiazərbaycan kampaniyasına rəvac vermişdilər. Məqsədlərinə çata bilmədilər, əksinə, ümumxalq nifrəti ilə üzləşdilər. Bir müddət keçdi, düşmən dairələrin dəst-xətti, fəaliyyət metodu dəyişdi. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun mühafizəçisinə sui-qəsd təşkil edildi. Ardınca Mingəçevir İES-də qəza baş verdi, sonra da Gəncədə başıpozuq radikal ünsürlər iğtişaş törətdi. Onların sosial şəbəkələrdəki azsaylı dəstəkçiləri isə xalqı itaətsizliyə çağırırlar. Bütün bunlar bir zəncirin halqalarına bənzəmirmi?!

Azərbaycanın müstəqil siyasət yeritməsini, dinamik inkişafını və tərəqqisini gözü götürməyən dairələrin və “sapı özümüzdən olan baltalar”ın, dönüklərin, xəyanətkarların, özgə qapılarında sümsünən simasızların, iddiaları qabiliyyətləri ilə tərs mütənasib olan şərəfsizlərin dəst-xətti tanış gəlmirmi?!

Vətənə, xalqa, milli maraqlara xəyanət ağır cinayətdir. İllər, onilliklər ötsə də nə xəyanətkar unudulur, nə də əməlləri. Xalq belələrini əbədi nifrətlə damğalayır.

Azərbaycan dünyəvi dövlətdir, kənardan oxunan moizələrin təsiri altında təxribatlar törətməklə burada dini, teokratik dövlət qurmaq niyyəti iflasa məhkumdur.

Din insanların inancıdır, dünyagörüşüdür, əxlaqıdır. Radikal qrupların yayıldığı coğrafiyada din məqsədli şəkildə siyasiləşdirilir və ondan digər regionlara müdaxilə üçün məharətlə istifadə olunur. Buna görə də dinimizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi kənar təsirlərdən qorumalıyıq. Azərbaycanı İraqa, Suriyaya çevirmək cəhdləri, ölkəmizi böyük güclərin diktəsi ilə oturub-durmağa sövq etmək xülyası baş tutan deyil.

Gəncə hadisələrinin dinlə heç bir əlaqəsi, bağlılığı yoxdur. Bu fikrin doğruluğuna əmin olmaq üçün təkcə belə bir fakta nəzər salmaq kifayətdir: Gəncədə qətlə yetirilmiş polis zabiti Səməd Abbasov Gəncə İmamzadə kompleksinin axundu Hacı Tahir Abba-sovun qardaşıdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təbirincə desək, bizim siyasətimiz xalqın maraqlarını təmin edən siyasətdir: “Bizim siyasətimiz müstəqillik siyasətidir, inkişaf siyasətidir. Bizim apardığımız siyasət nəticəsində Azərbaycan son 15 il ərzində çox böyük və şərəfli yol keçmişdir, bütün göstəricilərə görə dünya miqyasında çox yüksək yerlərdədir”.

Prezident İlham Əliyevin uzaqgörən, məntiqli, elmi əsaslara söykənən fəaliyyətinin siyasi-praqmatik müstəvidən real müstəviyə keçməsi bir daha təsdiq edir ki, dövlətimizin başçısının bitkin, siyasi-iqtisadi və sosial cəhətdən yüksək peşəkarlıqla əsaslandırılmış strateji fəaliyyət proqramları vardır. Siyasi və hüquqi liberallaşdırmaya, vətəndaş cəmiyyətinin inkişafına xidmət edən islahatların sürətləndirilməsi millətin intellektual potensialının reallaşdırılmasına, ölkənin tərəqqisinə və innovasiyalı modernləşməyə istiqamətlənmişdir. Heç bir qüvvə, heç bir təhdid Azərbaycanı müstəqil siyasət yeritməkdən çəkindirə bilməz. Vətənimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, milli-mənəvi dəyərlərimizin hədəfə alındığı, sınağa çəkildiyi bütün məqamlarda olduğu kimi, bu dəfə də Azərbaycan xalqı öz sınanmış lideri, Prezidenti, görkəmli dövlət xadimi cənab İlham Əliyevin yanındadır.

Həsən HƏSƏNOV “Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasimi keçirilib

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub