İQTİSADİYYAT
Mələk Çakmak : FAO Azərbaycana özəl toxumçuluğun inkişafı sahəsində dəstək verməyə hazırdır
Bakı, 12 iyul, AZƏRTAC
Azərbaycanda kənd təsərrüfatının, o cümlədən özəl toxumçuluğun inkişafı dövlətin prioritet məsələlərindən biridir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bu sahədə dəstək verməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu iyulun 12-də Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin təşkilatçılığı və Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin dəstəyi ilə özəl toxumçuların I Ümumrespublika müşavirəsində FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirib.
M.Çakmak qeyd edib ki, kənd təsərrüfatı sektorunun inkişafı qida təhlükəsizliyi baxımından da çox önəmlidir. Artıq bu sahədə FAO tərəfindən mühüm bir layihə reallaşdırılıb. Həmçinin kənd təsərrüfatı mütəxəssisləri və fermerlərlə keyfiyyət testi ilə bağlı treninqlər keçirilib.