DÜNYA
Yaponiyada orta ömür həddi rekord səviyyəyə çatıb
Tokio, 22 iyul, AZƏRTAC
Yaponiya Səhiyyə Nazirliyi bəyan edib ki, 2017-ci ildə ölkədə orta ömür həddi rekord səviyyəyə çatıb.
AZƏRTAC nazirliyə istinadla xəbər verir ki, ötən il Yaponiyada kişilər üçün orta ömür həddi 81,09 yaş təşkil edib ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 0,11 qədər çoxdur. Qadınlar üçün isə bu rəqəm 87,26 yaşa bərabər olub və bu da əvvəlki göstəricidən 0,13 qədər çoxdur.
Yaponiyada həm kişilər, həm də qadınlar üçün bu göstərici altı ildir ki, dayanmadan artır. Yapon qadınlar uzunömürlülüyə görə Honkonq qadınlarından sonra dünyada ikinci yeri tuturlar.
Yapon kişilər isə həmin göstərici üzrə üçüncü yerdədirlər. Onlar Honkonq və İsveçrə kişilərindən geri qalırlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]
Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb
- 19.04.2024 [14:52]
Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib
- 19.04.2024 [14:50]
Latviyada yeni xarici işlər naziri təyin edilib
- 19.04.2024 [14:16]
Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib
- 19.04.2024 [13:55]
Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir
- 19.04.2024 [13:34]